Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici auditorlar Bakıya gələcək


Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının iclası 2016-cı ildə Bakıda keçiriləcək


Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) dövlət satınalmalarının auditi üzrə xüsusi qrupunun 3-cü iclası 2016-cı ildə Bakıda keçiriləcək.

PİA.AZ Azərbaycan Hesablama Palatasının saytına istinadən məlumat verir ki, Moskva şəhərində xüsusi qrupun 2-ci iclası öz işinə başlayıb. Ev sahibi – Rusiya Federasiyası Hesablama Palatasının rəsmisi açılış mərasimində çıxış edərək iştirak edən nümayəndə heyətlərini salamlayıb.

Xüsusi qrupun görüşündə iştirakçı dövlətlərin nümayəndə heyətləri dövlət satınalmalarının iqtisadi fəaliyyətin dövlət tənzimlənməsində rolu və funksiyaları, bu sahəni tənzimləyən qanunvericilik aktları və iştirakçı ölkələrin təcrübəsi ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

Eyni zamanda, dövlət satınalmalarının auditi və Ali Audit Qurumlarının bu nəzarət tədbirlərinin icrası prosesində üzləşdiyi problemlər və onların həll yolları, həmçinin qabaqcıl təcrübələrdən istifadə imkanları müzakirə edilib.

Görüşün yekununda Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti iştirakçıları INTOSAI-nin xüsusi qrupunun 2016-cı ildə Bakıda keçiriləcək 3-cü görüşünə dəvət edərək Azərbaycanın paytaxtı Bakı şəhərinin qonaqpərvərliyi və beynəlxalq tədbirlərin keçirilməsində artıq təsdiq olunmuş təcrübəsi, o cümlədən, Bakıda keçirilən Avropa oyunları barədə məlumat verib.

Qeyd edək ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Zambiya, Qırğızıstan, Çin, Portuqaliya və Sloveniyanın ali maliyyə nəzarəti orqanlarının nümayəndələri iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar