Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici ölkə vətəndaşlarına ərə gedən tanınmış xanımların Siyahısı

Türkiyədə fəaliyyət göstərən model Günay Musayevanın Azərbaycanlı kişiyə ərə getmək istəməməsi barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb


Musavat.com saytına müsahibəsi zamanı “Bizim bəzi kişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram. Mən Türkiyədə, o burada, necə yaşayarıq? Azərbaycanlı kişi dostlarım çoxdur, bacı-qardaş münasibətimiz var. Dostluqda Azərbaycan kişiləri 1 nömrədir, amma özəl münasibətdə fərqli olurlar”, - deyə bildirən modelin açıqlaması neçə gündür ki, sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunur. 

Azərbaycan kişilərinin müdafiəsinə qalxan şəbəkə istifadəçiləri hətta erməni müğənni Lilit Hovannisyanın şəxsi "Facebook" hesabında “bətnimdə azərbaycanlı kişinin uşağını daşımaq və doğmaq istəyirəm" sözlərini yazması nümunə olaraq göstərilib.

Azərbaycanlı xanımların son zamanlar əcnəbi bəylərlə evlənməyə üstünlük verməsinə tənqidlərin artığı bir vaxtda “Eurovision-2016”-da təmsilçimiz Səmra Rəhimlinin anası İlahə Baxşıyeva da qızının avropalı bəylə evlənməsini istədiyini dilə gətirib: “Səmranın ailə qurmasını hələ istəmirəm. Nə zaman ailə qurmaq istəsə, onun avropalı bir bəylə ailə qurmasını istərdim. Çünki ailə qurub, sənətdən uzaqlaşmasını istəmirəm. Hər şeyin öz vaxtı var. Hələ ki, bütün diqqətini sənətinə yönəldib”.

Əməkdaşımız azərbaycanlı xanımlar arasında xarici vətəndaşlarla ailə qurma hallarının artma səbəbini öyrənmək üçün psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb. Psixoloq bildirib ki, xanımlar əcnəbi kişiyə ərə getməyə meylli olurlar: ”Xanımlar zaman-zaman ailə, qohumlar tərəfindən basqı altında qaldığından düşünürlər ki, əcnəbi kişi ilə ailə münasibəti daha yaxşı formalaşa bilər. Qadının hansı məqama görə azərbaycanlı kişi ilə evlənmək istəmədiyi nəzərə alınmalıdır. Dönəm çox sürətlə dəyişir, bu dəyişikliyə qadınlar tez alışsa da, kişilər uzun müddət sonra alışır. Qadınlar düşünür ki, azərbaycanlı kişi onun azadlığını əlindən alacaq və qadağalar qoyacaq. Lakin münasibət şəffaf olarsa, kişi qadının azadlığına müdaxilə etməz və qadın daha artıq sərbəstlik istəməz. Hər şey münasibətdən asılıdır. Xanım basqı altında qalanda bir müddət sonra çərçivələrə sığmayan azadlıq istəyir. Bizim xanımlar əsasən Türkiyə vətəndaşları ilə ailə qurmağa üstünlük verirlər. Çünki onlar müraciət edərkən “aşkım, tatlım, birtanəm” dedikləri üçün qadınlar onlara meyl edir. Azərbaycan kişisi bunu deyə bilmir. 

Onu da qeyd etmək istəyirəm ki, son zamanlar dəyər sistemimizə müdaxilə çoxdur. O müdaxilə edənlərdən olmayaq. Onsuz da, evdən qaçan qaçır, əcnəbi ilə ailə quran qurur, boşanan da boşanır. Bu məsələləri ictimaiyyətə çıxarmaq, təbliğ etmək lazım deyil. Bütün bu söhbətlər Azərbaycan kişisini aşağılamaqdır. Kişilərimizə zərbvə vurmaq olmaz. Öz sahəsində tanınan insan niyə Azərbaycan kişisini alçaltmalıdır? Bəlkə, kişilərimiz heç onunla evlənmək istəməyəcək. Ona görə də belə açıqlama verməyə ehtiyac yoxdur”. 

Onu da qeyd edək ki, əcnəbi vətəndaşlarla ailə quran məşhurlar az deyil. Onların siyahısını təqdim edirik: 

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylor ilə ailəlidir. Cütlüyün 2 oğlu və 1 qızı var. 

Müğənni İradə İbrahimova 2009-cu ildə türkiyəli biznesmen Ceyhun İzzətlə ailə qurub. Cütlüyün İpək adlı qızı və Əli adlı oğlu var.

Müğənni Yeganə Mürsəlova 2010-cu ildə Fateh adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Müğənninin Ömər adlı bir oğlu var.

“Eurovision–2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Kipr türkü Halukla ailə qursa da, cütlük müsabiqədən sonra ayrılıb. Onların iki qızı var. 

ANS-in “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyeva 2013-ci ilin iyulunda Türkiyə vətəndaşı Cenk adlı hərbiçi ilə ailə qurub.

Bəstəkar-müğənni Aygün İsmayılova 2013-cü ilin sentyabrında Türkiyə vətəndaşı Halukla nikah masasına oturub.

Müğənni Elyanə Əhmədova 2013-cü ilin aprel ayında Türkiyə vətəndaşı Mert Arslanla ailə qurub.

Tanınmış model Minarə Allahverdiyeva ölkəmizdə çalışan prodüser Kamal Cenk İçtənlə ailə həyatı qursa da, sonra cütlük ayrılıb. Cütlüyün bir qızı var.

“Eurovision 2014”-də təmsilçimiz Dilarə Kazımova Mərd Aslan adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlüyün   boşanmağa hazırlaşması barədə xəbərlər yayılsa da, ifaçı məlumatları nə təsdiq, nə də inkar edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar