Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xədicə İsmayılova Qarabağdan qiymətlidir və Leyla Yunus Şuşadan yuxarıda dayanır” - Zahid Oruc


“Azərbaycan Qərbin ön cəbhəsi deyil”


“Qərb dairələrinin apardıqları bu işin, bir ifadə ilə izahı belədir: Xədicə İsmayılova Qarabağdan qiymətlidir və Leyla Yunus Şuşadan yuxarıda dayanır”

Bu fikirləri Milli Məclisinin deputatı Zahid Oruc PİA.AZ-a deyib:

Millət vəkili bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) müzakirəyə çıxarılacaq “Azərbaycanda demokratik institutların vəziyyəti” adlı hesabat  haqda danışıb. Qeyd edək ki, həmin hesabatda bu sahədə Azərbaycandakı vəziyyətlə bağlı narahatlıq ifadə olunub. Hesabatı Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeusz Iwinski hazırlayıblar. Həmməruzəçilər Azərbaycan hakimiyyətinə çağırış edərək öhdəliklərini yerinə yetirməyi istəyiblər.  

PİA.AZ-a danışan millət vəkili bildirib ki, AŞPA-da bəlli bir fikir ortamı mövcuddur və əksərən bu tənqidi mühitdir:

AŞPA-da təkcə Azərbaycanı deyil, digər ölkələri də, sadəcə gül-çiçəklə qarşılamırlar. Orda çox çətin diskusiyalar gedir, çünki müxtəlif ölkələri təmsil edən parlament nümayəndələri təmsil olunurlar. Ona görə AŞPA-da bəlli bir fikir ortamı mövcuddur və əksərən bu tənqidi mühitdir. Onların belə bəyanamələri tək Azərbaycana qarşı verməsini düşünmək yanlış olardı. Lakin bir çox hallarda AŞPA da, məlum xor kapellasından fərqli bir mövqe ilə deyil, elə ümumi simfoniyanın bir hissəsi kimi hərəkət etməyə çalışır. Müşahidə olunan budur ki, Qərb təşkilatları və ayrı-ayrı bir sıra dövlətlərlə Azərbaycan arasındakı münasibətlərdə çox ciddi problemlər meydana çıxırlar. Burada, obrazlı desək, Azərbaycanı günahlandırmaq və bu savaşı başlamaqda ittiham etmək də tamamilə kökündən səhvdir. Çünki bu bizim müharibəmiz deyil. 
Qərb dairələri bir neçə səbəbdən Azərbaycanla münasibətlərin korlanmasına gediblər. 

Zahid Oruc: “Bu bizim müharibəmiz deyil. Keçmiş sovet məkanının yenidən ələ keçirilməsi prosesini yaşayırıq”.


Yəni keçmiş sovet məkanının yenidən ələ keçirilməsi prosesini yaşayırıq. Bu da çox ağrılı gedir. SSRİ-in dağılması nə qədər böyük təhlükələr və humanitar faciələr meydana çıxartdısa, indiki nüfüz uğrunda savaş da onun qədər ağrılıdı. Düzdür kütləvi qan tökülmələri, insan itkiləri indi yalnız Ukraynada müşahidə olunur. Amma bir çox regionlarda da vəziyyət kifayət qədər kövrəkdir. Ona görə də, bizim ölkəmizi Qərb dairələri fəal bir şəkildə öz tərəfinə çəkmək, diqtə altında saxlamaq və bizi Rusiya, İrana qarşı müharibələrinin yedək korpusuna çevirmək istəyirlər. Azərbaycan isə Qərbin ön cəbhəsi deyil. Heç biz Rusiyanın Avropa dairələri ilə savaşında arxa cəbhə rolunda da çıxış etmirik və yaxud da onların müttəfiqi deyilik. AŞPA-da və bundan öncəki parlament toplantılarında da oxşar qətnamələr qəbul olunmuşdu. Ona görə mən hesab edirəm ki, bunlar məhz indiki nöqtədə vahid bir ssenaridir.
 
Mən birinci mövqeyimdə də qeyd etdim ki, AŞPA başqa dövlətlərin də üzərinə çox kəskin gedir. Amma indi sinxronlaşan bir fəaliyyət var. Qərb dairələrinin apardıqları bu işin, bir ifadə ilə izahı belədir. Xədicə İsmayılova Qarabağdan qiymətlidir və Leyla Yunus Şuşadan yuxarıda dayanır. 

Zahid Oruc: “Biz Rusiyanın Avropa dairələri ilə savaşında arxa cəbhə rolunda da çıxış etmirik”


Bu dairələr üçün çox fəal bir şəkildə Azərbaycan torpaqlarının davasını aparmaq, Ukrayna məsələsində olduğu kimi bizim mövqeyimizə dəstək vermək, Ermənistanı qınamaq və onlara qarşı sanksiya tətbiq etmək yüzüncü dərəcələli məsələdir.  Yəni əgər bir nəfər həbs olunubsa və bunlar öz dilləri ilə bəyan ediblərsə ki, onlar öz adamlarıdı, onların real tərəfdaşlarıdır,  bunlar hətta real casus da olsalar hakimiyyətin ixtiyarı yoxdu onlara qarşı nəsə etsin, belə olan halda vəziyyət kifayət qədər açıq bir şəkil alıbdır . Yəni mübarizə tam göznən görünən bir müstəviyə keçib. Ona görə, bu qətnamələr Azərbaycana qarşı təzyiqin tərkib hissəsidir. Ancaq bu o qədər də effekt vermir. Yəni fakt odur ki, o qrumlar Azərbaycanı xarici siyasətindən daşındırmaq və bizi tamamilə öz yolumuzdan döndərmək gücündə də deyillər. 

Hesab etmirəm ki, Azərbaycan Qərbin təsiriləri və təzyiqləri fonunda neft, qaz müqavilələrini dayandırmalıdır, yaxud da daha köklü addımlara getməlidi. Hesab edirəm ki, əslində bu siyasətin qanuna uyğunluğudur ki, biz 90-cı illərdəki fanatizm dövründən daha reaslist bir mərhələyə qədəm qoymuşuq. Bu da ondan ibarətdir ki, biz gözləyirdik bütün dünya təşkilatları gerçək məsələləri barmaqla göstərəcəklər və yerbəyer olmasına çalışacaqlar. Sonra isə daha gercəkli bir vəziyyətə gəlib çatdıq.  Dünyada əsasən maraqlar mövcuddur və onun uğrunda da hər cür vasitə ilə mübarizə məqbuldur. Biz də buna hazır olmalıyıq”.

Nərminə Umudlu
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar