Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəstənin sağlam ayağını kəsən həkim səhvini etiraf etdi


Bakıda səhvən xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov məsələ ilə bağlı açıqlama verib


Həkim əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib:

"Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqeranaya uğrayıb. Xəstəyə baxılan zaman bildirildi ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə bildirmişdim ki, digər ayağı da 3-4 günə amputasiya olunmalıdır”.

V.Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirildiyini bildirib.

"Xəstə təcili əməliyyat olunmalı idi. Təcili kəsiləsi ayağı kəsməliydik. Xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm. Xəstənin onsuz da hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. 

Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqerana olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. İndiyədək heç bir xəstəm məndən narazılıq etməyib. Sadəcə tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar