Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayonunda “Yaşıl soyqırım“ davam edir


Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb?


Sürətlə inkişaf edən ölkəmizdə dövlət tərəfindən hər sahəyə olduğu kimi, ekologiyaya da xüsusi diqqət və qayğı gösrtərilir. 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə "Ekologiya ili" elan edilmişdi. Həmin ildə bu sahədə bir çox tədbirlər həyata keçirilib, əhali arasında maarifləndirmə işləri daha da artırılıb. 10 milyondan artıq ağac əkilib.

Sonrakı illərdə də bu işlər uğurla davam etdirilərək, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bütün dövlət və özəl müəssisələri, təşkilatlar dövlətin apardığı bu uğurlu siayəsətə dəstək verərək ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdə yaxından iştirak edirlər.

Prezident İlham Əliyev bir neçə gün öncə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da ekoloji məsələləri qabartmış və bu istiqamətdə aparılan işlər barədə danışmışdı. Eyni zamanda ölkə başçısı ağacların kəsilməsi ilə bağlı fikirlərini bildirərək, bunun cinayət olduğunu vurğulamışdı.

Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb? 
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb? 

Bu gün redaksiyamızın qaynar xəttinə Xətai rayonunda qanunsuz olaraq ağac kəsilməsi ilə bağlı xəbərlər daxil olub. Məlumatı dəqiqləşdirmək məqsədilə sözügedən rayonda yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasından “Həzi Aslanov” stansiyasınadək yollarda çəkiliş apardıq. Həqiqətən də burada vəziyyət ürəkaçan deyil. Belə ki, qeyd etdiyimiz ərazidə yolun kənarları inşaat məqsədilə bir neçə yerdə dəmir hasara alınıb. Hasarın daxilində isə onlarla ağac məhv edilib. Bəzi hasarlanmış ərazilərdə isə görünüşə görə, yaxın vaxtlarda işə başlamaq planlaşdırlır. “Ukrayna” dairəsi yaxınlığında isə sözün əsl mənasında, elə bil ağacların qəsdinə durublar. Yaşıllıqlar açıq-aşkar məhv edilərək yerində ticarət obyekti tipli binanın inşa işləri başlanılıb. Ancaq kökündən çıxarılmış ağaclar hələ də orada qalmaqdadır.

Bu qanunsuzluqlarla bağlı suallara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev cavab verdi. O sözügedən qanunsuz əməllərdən xəbərdar olduqlarını və müvafiq qaydada sənədləşdirilmiş faktları polis idarəsinə təqdim etdiklərini bildirdi: “Xətai rayonunda qeyd etdiyiniz ərazilərdə (metronun “Xalqlar Dostluğu” stansiyasından “Həzi Aslanov” stansiyasınadək yolların kənarı) qanunsuz şəkildə ağacları kəsib, yerində ticarət obeyekti inşa edilməsi nazirlik tərəfindən 2013- cü ildə müvafiq qaydada sənədləşdirilib, faktlar hamısı qeydə alınıb, polis idarəsinə və Xətai rayon prokurorluğuna göndərilib”.

R. Mirzəyev Prezident İlham Əliyevin çıxışından sonra bu işlərə nəzarəti daha da artırdıqlarını vurğuladı: “Cənab Prezidentin çıxışından sonra ağac kəsilməsinə qarşı nəzarət daha da gücləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi tədbirlər görür və qanuna müvafiq qaydada təqsirkarlar barəsində sənədləşmələr aparılır, qanunu pozanlar inzibati qaydada cərimə olunur. Bəzi təqsirkarların müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə polis idarəsinə müraciət olunur. Qruplar yaradılıb, Bakı şəhər ərazisində yaşıllıq invertarizasiyası aparılır və paralel olaraq polis orqanları ilə birgə reydlər keçirilir”.

Sektor müdiri tətbiq olunan cərimələr barədə də məlumat verdi: “Tərəfimizdən yoxlamalar aparılarkən təqsirkarın şəxsiyyəti müəyyənləşdirilir və onun barəsində qanuna müvafiq qaydada protokol tərtib olunur. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 92.2 və ya 92.3.1- ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunur. Fiziki şəxslər hər bir ağac və ya kola görə 1200-1500 manat, vəzifəli şəxslər 3500-4000 manat, hüquqi şəxslər 20000-25000 manat arasında cərimə olunurlar.

Polis orqanları ilə birgə reydlərimizin başlanmasının əsas səbəbi fakt aşkar olunan təqdirdə operativ olaraq həmin təqsirkarları müəyyənləşdirmək və barələrində qanuna müvafiq qaydada sənədləşdirmə aparmaq, eyni zamanda da tikintinin dayandırılması ilə bağlı aidiyyatı orqanlara məlumat verməkdir”.

Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb? 
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb? 

Ağacların kəsilməsi ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev də fikirlərini bildirdi. O, ağacların qanunsuz kəsilməsinə qəti etiraz etdiyini dilə gətirdi: “Sevindirici haldır ki, Prezident də çox qətiyyətlə bu məsələni qabartdı. Hesab edirəm ki, artıq bu məsələlərdə məmurlar yerlərini bilərlər. Azərbaycanda, xüsusən Bakıda “ağ ciyərlər”in kəsilməsinə son qoyarlar. Burada 5 milyona qədər insan yaşayır və nəfəs alırlar. Əgər şəhər salmaq lazımdırsa, böyük ticarət yolları üzərində yeni şəhərlər salmaq olar. Bakını bu qədər yükləmək olmaz. Nə uşaq meydançılarını, nə ağacları salamat qoyurlar. Bunlara etiraz edirəm. Prezidentin də bu məsələləri çox ciddi şəkildə ortaya qoyması mövsümi olmayacaq və hər kəs yerini biləcək”.

Sonda ağacları kəsərək, yerində müxtəlif tipli obyektlər inşa edənlərə bir daha xatırladaq ki, Azərbaycan sizin də Vətəninizdir, Azərbaycan xalqı sizin də xalqınızdır və siz də bu ölkədə yaşayırsınız. Bu cür qanunsuz əməllərlə ölkəyə, xalqa ziyan vurmaqla yanaşı, həm də cinayət məsuliyyəti daşıyırsınız.(dia.az)
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb?
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb?
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb?
Xətainin icra başçısına prezidentin sözü yetərli olmayıb?



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar