Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətaidə Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert - Video + Fotolar


Xətai rayonunda Heydər Əliyev adına parkda Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib


Dünən axşam Türkiyə estradasının ulduzlarının iştirakı ilə Xətai rayonunda Heydər Əliyev adına parkda Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

PİA.AZ xəbər verir ki, tədbirdə rayon  İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşır Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri, rayon sakinləri iştirak edirdilər.

Tədbir iştirakçılarının ilk ziyarət yeri təbii ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi idi. Bayrtam təntənəsində iştirak edən icra başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşır Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri kimi sadə insanlar da bir nəfər kimi əllərindəki gül dəstəsini abidənin önünə qoyur və milli müstəqilliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusunun xatirəsinə ehtiramla baş əyir və izdihama qoşulurdular. Aydın görünürdü ki, bayram libasında, bayram əhvalında olan insanlar Bakının hər yerindən axışıb gəlirlər. Meydanda iynə atsan yerə düşməzdi. Park özü də əsl bayram libasını geymişdi.

Konsertin başlamasına bir neçə dəqiqə qalmış, ulu öndərin 95 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edən Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərinin, Belarusun paytaxtı Minsk şəhərinin Leninsk rayonunun və Yaponiyanın nümayəndə heyətləri də qonaqlar üçün ayrılmış  məkanda yer aldılar. Türkiyənin, Yaponiyanın və Belarusun ölkəmizdəki səfirləri də yubiley tədbirinin iştirakçıları arasında idi.

Bütün meydan boyu, əllərində Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini tutmuş  insanlar  əvəzsiz dövlət xadiminə sevgilərini ifadə etmək üçün səhnədən onun adına qoşulmuş mahnıları səsləndirən sənət adamlarına qoşulur və onlarla bərabər mahnı oxuyurdular.

Səhnəyə, bir-birindən maraqlı çıxışları ilə izdihamı coşduran tanınmış mügənnilər çıxırdılar.  Xalq artistləri  Mübariz Tağıyev, Mənsum İbrahimov Aşıq Əli, Aşıq Samirə, Namiq Qaraçuxurlu, Ramil Qasımov, Gülyaz və Rövşən duetinin oxuduqları şən və şaqraq mahnılar bayram toplantısında iştirak edən qonaqları da biganə qoymur və hərəkətlərindən, baxışlarından onlara da xoş təsir bağışladıqları kənardan aydın duyulurub. Yaponiyadan gəlmiş  müğənni Yamamoto Kyukonun  Azərbaycan dilində oxuduğu “Sarı gəlin” mahnısı ilk sözlərdəncə tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Belaruslu sənətçi Yevgeni Yermalkoviçin şən və ritmik mahnıları ilə yanaşı, tamaşaçıları Azərbaycan dilində salamlaması və onları təbrik etməsi bir andaca izdihamı coşdurdu və hamının gurultulu alqışlarını qazanıb.

Dahi liderə həsr edilmiş bayram konsertinin ən möhtəşəm nömrəsi isə qardaş Türkiyənin ünlü sənətçisi Sərdar Ortacdan və onu müşaiyət edən Laradan gəlib. Məşhur türk müğənnisinin bir birindən maraqlı mahnılarından sonra, Azərbaycan bəstələrinin ifasına da tamaşaçı izdihamının sürəkli gurultulu alqışları gəlib. Hətta bir neçə mahnının ifası zamanı Sərdar Ortac  səhnədən meydana düşüb populyar şərqilərini tamaşaçıların “dəstəyi” ilə oxuyub.
 
Beləcə gecə yarıdan keçənədək uzanan bayram konsertinə, saat 24: 00-da ümummilli lider Heydər Əliyevin doğum gününün 95 ilinin tamam olması şərəfinə düzənlənən möhtəşəm atəşfəşanlıqla yekun vurulub.



Xətai rayonunda <a href=Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" title="Xətai rayonunda Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" style="margin: 3px;">
Xətai rayonunda <a href=Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" title="Xətai rayonunda Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" style="margin: 3px;">
Xətai rayonunda <a href=Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" title="Xətai rayonunda Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" style="margin: 3px;">
Xətai rayonunda <a href=Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" title="Xətai rayonunda Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" style="margin: 3px;">
Xətai rayonunda <a href=Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" title="Xətai rayonunda Heydər Əliyevin xatirəsinə MÖHTƏŞƏM TƏDBİR" style="margin: 3px;">


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar