Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər dənizini kim, niyə satır? -Foto


Sahilboyu ərazilər durmadan satılır, pulsuz çimərliklər ləğv olunur.


"Çimərliyə giriş pulludur"… Hazırda Xəzər dənizinin sahilboyu çəpərlənən çimərliklərinin girişində sakinləri bu xəbərdarlıq yazılmış lövhələr qarşılayır. Şıx çimərliyində daha bir sahəsi hasara alınıb və tikinti işlərinə başlanılıb. Hündür hasar dənizin içinə qədər uzanıb. Fəhlələrdən öyrəndik ki, çəpərlənən yer özəl çimərlik sahəsi olacaq və burada restoran fəaliyyət göstərəcək. 
Hasarlanan ərazidə tikinti işlərindən yaranan tullantıların dənizə axıdıldığının şahidi olduq. Hansı ki, yaxınlıqda insanlar çimirdilər. Onların bəziləri ilə həmsöhbət olduq.
Paytaxt sakini Əhliman Qədirov Xəzər dənizinin sahilboyu torpaqlarının yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan satılmasından narazıdır: "Şəhər çimərlikləri son 100  ildə Abşeron əhalisinin istirahəti üçün ən əlverişli variant idi. Son zamanlar bu şərait azalır. Dənizin sahili satılır, icarəyə verilir. Onların da bəzisi istirahət mərkəzi, restoran filan tikir, bəzisi də öz ailəsi üçün villa ucaldır. Bu da istirahətimizə maneələr yaradır. Çəpərlənmə nəticəsində insanların istirahət hüququ pozulur. Təəssüf olsun ki, məmurlar dənizin sahilini dövlətin müstəsna mülkiyyətində olması nəzərə almadan pulla satır. Dəniz kənarının çəpərlənməsi genişlənir, buna görə də insanların yayda normal istirahətinə imkan verilmir".
Xatırladaq ki, Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də  "Torpaq islahatı haqqında" qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzalayıb. Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib. Sənəddə deyilir ki, qanundan "dövlət məqsədləri üçün" sözləri çıxarılsın. "Dəyişikliyə görə  sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər./bizimyol.info/

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar