Xəzər dənizində 2 nəfər batıb
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsi, Nabran istirahət zonasında dənizdə çimərkən 2 nəfər batıb. Bunlar Sumqayıt şəhər sakinləri 1971-ci il təvəllüdlü Şirinov Fərim Qədir oğlu və 1998-ci il təvəllüdlü Həmzəliyev Bəhram Rəfail oğludur. Hər iki şəxsin meyiti sudan çıxarılaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.