Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə balıqlar kütləvi şəkildə qırılır


"Xəzər dənizində balıqların kütləvi ölümü ilə əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faktla bağlı aparılan monitorinqlərin nəticələrinə görə, Xəzərin Azərbaycan sektorunda balıqların ölümü qeydə alınmayıb"


Bunu "Trend"ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova havaların isti keçməsi ilə əlaqədar Xəzər dənizinin Mahaçqala hissəsində balıqların kütləvi ölümünün baş verməsinə və eyni halların Xəzərin Azərbaycan sektorunda müşahidə edilib-edilməməsinə münasibət bildirirəkən deyib.

İ.İbrahimova bildirib ki, Xəzər dənizinin şimal hissəsi Orta və Cənubi Xəzərə nisbətən daha az dərinliklərlə xarakterizə olunduğundan suyun hərarətinin kəskin yüksəlməsi burada oksigen qıtlığı və balıqların ölümü ilə nəticələnə bilər: “Ümumiyyətlə, yay aylarında isti hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar balıqlarda oksigen aclığı baş verir və balıqlar oksigen catışmazlığı və istidən tələf olurlar. Xəzərin Azərbaycan hissəsində balıqların ölümü faktı qeydə alınmayıb”.

Xəzərin Azərbaycan sektorunda balıqların ölümü faktının qeydə alınmamasının səbəbini açıqlayan İ.İbrahimova əlavə edib ki, Azərbaycanda isti hava şəraiti Dağıstanla müqayisədə daha tez müşahidə edilir: "Nəticədə Xəzərin Azərbaycan sektorunda sular daha tez qızmağa başlayır. Balıqlar da aktiv üzən su bioresurslarına aid olduğundan öz miqrasiya yollarını dəyişib daha dərin suları seçiblər və ya şimala doğru gediblər. Mütəxəssislərin rəyinə görə havalar isti olduğundan balqıların ölümü tam təbiidir. İsti yay günlərində belə hallar baş verə bilər".

Xatıqladaq ki, Rusiya Balıqçılıq Qərbi Xəzər Ərazi İdarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov Rusiya mətbuatına verdiyi açıqlamada anomal hava şəraiti ilə əlaqədar Xəzər dənizində balıqların kütləvi məhvinin baş verdiyini söyləyib. Onun sözlərinə görə, ölən balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilməyib. Anomal istilərdən başqa, oksigen çatışmazlığı da balıqların məhvinin səbəbi kimi göstərilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar