Xəzər dənizində iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib
PİA.AZ FHN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə qarşılaşıb. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
pia.az