Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidə polis işçilərinin peşə bayramı qeyd olundu


İyulun 2-də Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd edildi


PİA.AZ xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon prokuroru Nazim İmanov, Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon İdarəsinin rəisi Rafiq Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Aparatın məsul işçiləri, İdarənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq qonaqları təqdim etdi.

Sonra vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra Daxili İşlər naziri Ramil Usubovun təbrik teleqramının oxumaq üçün söz Təşkilati inspektor qrupunun baş inspektoru polis-polkovnik leytenantı Qafar Haqverdiyevə verildi.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladı.

Sonra xidməti vəzifəsində fərqlənən 22 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

Binəqədi Rayon prokuroru Nazim İmanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon Polis İdarəsinin Polis Veteranlar Şurasının sədri Zakir Əhmədov çıxışlarında polis işçilərinə öz təbriklərini çatdıraraq ən xoş arzularını bildirdilər.

Sonda yekun nitqi ilə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov uzun və şərəfli yol keçən Azərbaycan polisinin bu gün də xalqa, vətənə, dövlətə ləyaqətlə xidmət etdiyini, qanunun keşiyində ayıq sayıq dayandığını bildirdi.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar