Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə kütləvi qırğına rəsmi münasibət


Havaların isti keçməsi ilə əlaqədar dənizdə balıqların kütləvi ölümü baş verir


"Xəzər dənizində balıqların kütləvi ölümü faktı ilə əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bağlı aparılan monitorinqlərin nəticələrinə görə, Xəzərin Azərbaycan sektorunda balıqların ölümü qeydə alınmayıb".

Bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova havaların isti keçməsi ilə əlaqədar Xəzər dənizinin Mahaçqala hissəsində balıqların kütləvi ölümünün baş verməsinə və eyni halların Xəzərin Azərbaycan sektorunda müşahidə edilib-edilməməsinə münasibət bildirirəkən deyib.

İ.İbrahimova bildirib ki, Xəzər dənizinin şimal hissəsi Orta və Cənubi Xəzərə nisbətən daha az dərinliklərlə xarakterizə olunduğundan suyun hərarətinin kəskin yüksəlməsi burada oksigen qıtlığı və balıqların ölümü ilə nəticələnə bilər: “Ümumiyyətlə, yay aylarında isti hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar balıqlarda oksigen aclığı baş verir və balıqlar oksigen catışmazlığı və istidən tələf olurlar. Xəzərin Azərbaycan hissəsində balıqların ölümü faktı qeydə alınmayıb”.

Xəzərin Azərbaycan sektorunda balıqların ölümü faktının qeydə alınmamasının səbəbini açıqlayan İ.İbrahimova əlavə edib ki, Azərbaycanda isti hava şəraiti Dağıstanla müqayisədə daha tez müşahidə edilir: "Nəticədə Xəzərin Azərbaycan sektorunda sular daha tez qızmağa başlayır. Balıqlar da aktiv üzən su bioresurslarına aid olduğundan öz miqrasiya yollarını dəyişib daha dərin suları seçiblər və ya şimala doğru gediblər. Mütəxəssislərin rəyinə görə havalar isti olduğundan balqıların ölümü tam təbiidir. İsti yay günlərində belə hallar baş verə bilər".

Xatıqladaq ki, Rusiya Balıqçılıq Qərbi Xəzər Ərazi İdarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov Rusiya mətbuatına verdiyi açıqlamada anomal hava şəraiti ilə əlaqədar Xəzər dənizində balıqların kütləvi məhvinin baş verdiyini söyləyib. Onun sözlərinə görə, ölən balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilməyib. Anomal istilərdən başqa, oksigen çatışmazlığı da balıqların məhvinin səbəbi kimi göstərilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar