Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdən Suriyanı vurmaq üçün platsdarm: Şoyqu Bakıya kimləri gətirmişdi...


Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıya gözlənilməz səfərinin əsas məqsədlərindən biri Xəzərdən Suriyaya zərbə endirmək üçün platsdarmın yaradılması olub


Virtualaz.org xəbər verir ki, “Komsomolskaya pravda” qəzetinin məlumatına əsasən Sergey Şoyqunun müdafiə naziri Zakir Həsənovla danışıqlarında MoskvaBakının Xəzərdə birgə hərbi fəaliyyəti barədə söhbət gedib. Bildirilir ki, birgə fəaliyyətlə bağlı bütün məsələləri yerindəcə razılaşdırmaq üçün Şoyqu özü ilə birlikdə mütəxəssisləri də gətirmişdi.

Bu birgə fəaliyyətin mahiyyətinin nədən ibarət olacağı barədə heç  nə deyilmir. Lakin məlumdur ki, Rusiya Hələb şəhərinin terrorçulardan və müxalif qruplardan təmizlənməsi üçün həlledici, eyni zamanda irimiqyaslı əməliyyata hazırlaşır. Və bu əməliyyatda Xəzər dənizindən də istifadə edəcək. Artıq xəbər verildiyi kimi Rusiya Suriyadakı hədəflərə zərbələr endirmək üçün qanadlı raketlərin İranİraq hava sahəsindən keçməsinə dair icazə istəyib. Rəsmi Tehran bu istəyi müsbət cavablandırıb.

Hazırda Rusiyanın Xəzər donanması döyüş şəraitinə maksimal yaxınlaşdırılmış hərbi təlimlər keçirir. “Nezavisimaya qazeta” yazır ki, təlimlərə “Kalibr” qanadlı raketləri ilə silahlanmış hərbi gəmilər də qatılıb.

“Warfare Worldwide” bloqunda bu gün səhər saatlarında yer alan digər məlumatda isə deyilir ki, Rusiya İranın Həmədan vilayətindəki aviabazaya qırıcı-bombardmançılar yerləşdirib. Bu təyyarələr Hələbdə başladılacaq əməliyyatda istifadə olunacaq. Qırıcıların İranda yerləşdirilməsi onların uçuş məsafəsini azaldacaq və beləliklə də bomba yükünü artırmağa imkan verəcək. 

Beləliklə, gözlənilir ki, Rusiya Hələbdən ABŞ-ın dolayısıyla dəstəklədiyi “Əl-Nüsra Cəbhəsi”ni (indi adı “Ceyş əl-Şam”dır) və digər müxalif qrupları vurub çıxarmaq üçün eyni zamanda Xəzər dənizindən, Suriyadakı Hmeymim aviabazasından, İranın Həmədan aviabazasından və Xəzər dənizindən, habelə Aralıq dənizindəki gəmilərdən zərbələr endirəcək. Xəbərlərə görə Xəzər donanmasının ardınca Rusiya donanması Aralıq dənizində də manevrlərə başlayıb.

Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” telekanalına müsahibəsində deyib ki, Rusiya ABŞ-la Hələbdə terrorçulara qarşı birgə fəaliyyəti razılaşdırmaq barədə müzakirələr aparır və tərəflər anlaşmaya yaxındır. “The Guardian” qəzeti də ABŞ-ın Rusiyanın Hələbdə başladacağı əməliyyata dəstək verməyə yaxın olduğunu yazır. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya müdafiə nazirinin sözlərinə şərh verməyib.

F.Məmmədov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar