Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin üstü bölüşdürüldü


25 mildən o yana hamıya aid olacaq


Xəzəryanı ölkələrin Həştərxanda keçirilən sammitində dənizin su səthindən istifadə prinsiplərinin razılaşdırıldığı kommunike qəbul edilib.

Virtualaz.org saytı xəbər verir ki, liderlərin qəbul etdiyi siyasi bəyanata əsasən tərəflər sahilyanı ölkələrin Xəzər üzərində suverenlik hüququna dair prinsipləri razılaşdırıblar. Habelə sahilyanı ölkələr Xəzərdə qüvvələr balansını saxlamaq barədə öhdəlik götürüblər.

Sənədə əsasən sahildən 15 mil məsafədə sahilyanı ölkələrin suverenlik hüquqları tanınır. Bioloji resursların hasilatına dair müstəsna hüquq isə daha 10 mil məsafədə keçərlidir. Xəzərin qalan su səthi ümumi istifadədə olacaq.

Beləliklə, Xəzərin su səthinin bölüşdürülməsi məsələsi faktiki olaraq həllini tapıb. Əgər əvvəllər Xəzərin su səthinin də dibi kimi milli sektorlara bölünməsi ideyası ətrafında danışıqlar gedirdisə, indi dənizin su səthinin 25 mil, yəni 40 kilometrlik milli zonalar istisna olmaqla ümumi istifadədə olması məsələsi həll olunub.

Bu təklifi əsasən Rusiya irəli sürürdü. İndiki bölgü Rusiyanın Xəzər donanmasının sahilyanı ölkələrin sahil zolaqlarına 40 kilometrə qədər yaxınlaşmağa imkan verəcək. Eyni zamanda sahilyanı ölkələr bioloji resursları əvvəlki kimi 15 mil məsafədə deyil, 25 mil məsafədə ovlaya biləcəklər.

Tərəflər həmçinin Xəzərdə təhlükəsizlik prinsiplərində razılığa gəliblər. Rusiya prezidenti Vladimir Putin sammitin yekununda bildirib ki, bu siyasi bəyannamənin qəbul edilməsi Xəzərin hüquqi statusunun razılaşdırılması yolunda mühüm addım oldu.

“Demirəm ki, bütün məsələlər nizamlanıb, lakin nizamlanmayan məsələlərin sayı xeyli azaldı. Ekspertlərə tapşırıq verildi ki, qalan bir neçə aspekt üzərində işləsinlər. Bunu deməyə bütün əsaslar var ki, yaxın gələcəkdə biz Konvensiyanı bütövlükdə imzalaya biləcəyik” - deyə Putin bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar