Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xınalıq yolunda uçqun


Azərbaycanın Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib


PİA.AZ xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə son yağıntıların təsirindən mövcud uçqun sahələrinin aktivləşməsi nəticəsində baş verib. Ümumiyyətlə, bu yola yağıntıların çox düşməsi uçqun təhlükəsini artırır.

S.Əmiraslanov deyib ki, son günlər əsasən cənub bölgəsindəki sürüşmə sahələrində - Lənkəran-Lerik yolunun 17, 19, 49 və 53-cü km-də və Lənkəranın bir neçə kəndində qismən aktivləşmə baş verib: “Sürüşmə əvvəl mövcud olan sahələrdə qeydə alınıb. Atmosfer yağıntılarının ərazilərə nüfuz etməsi ilə yamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrində aktivlik baş verıb”.

Onun sözlərinə görə, gözlənilən yağıntılar bəzi ərazilərdə sürüşmə ehtimalını artırır. Yağıntlılarla əlaqədar ilk növbədə respublikanın dağlıq ərazilərdən keçən və sürüşməyə məruz qalmış yollarda sürüşmə sahələrinin aktivləşməsi müşahidə edilə bilər.

S.Əmiraslanov deyib ki, sürüşmələr insanların sürüşməyə meyilli ərazilərdə məskunlaşması səbəbindən baş vermir. İnsanlar sürüşmə olmayan yerlərdə məskunlaşdıqdan sonra həmin ərazilərdə sürüşmələr baş verir: “Ərazilərdə insanlar məskunlaşdıqdan sonra sürüşmə sahələrinin yarandığını demək daha doğru olar. Məsələn, Bakı insanların ən çox məskunlaşdığı şəhərdir. Burada Zığ sürüşmə sahəsi dağətəyi ərazidədir və sürüşməyə meyilliyi az olub. Ancaq həmin ərazilərdə insanların məskunlaşması, fərdi yaşayış evlərinin tikilməsi, kanalizasiya sularının pərakəndə axıdılması, suvarma sularının həddindən arrtıq istifadə edilməsi bu ərazilərdə sürüşməyə səbəb olur”.

Onun sözlərinə görə, Abşeron yarımadasında əhalinin məskunlaşdığı ən təhlükəli ərazilərdən biri olan Zığ sürüşmə sahəsində hazırda təxminən 110 fərdi yaşayış evi tam qəzalı vəziyyətdədir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar