Xırdalan şәhәrindә intihar hadisәsi baş verib
Məhəllə sakinlərinin ans-ə verdiyi məlumata görə, namәlum şəxs özünü 9-cu mәrtәbәdәn ataraq intihar edib.
Hadisə Heydәr Әliyev prospekti 28-ci məhəllədə baş verib. Hazırda polis əməkdaşları hadisə yerindədir. Mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
Analoji hadisə aprelin 12-də Yasamal rayonunda baş verib. Şərifzadə küçəsində yerləşən yaşayış binalarından birində intihar hadisəsi baş verib.
Təxminən 20 yaşlarında olan qız özünü 9-cu mərtəbədən atıb və hadisə yerindəcə keçinib.
pia.az