Xızı rayonu, Fındığan kəndində kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə qeydə alınmış yanğın söndürülüb
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə 300 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və heyvan yataqları yanğından mühafizə olunub.
Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb.
pia.az