Xızıda yanğın hadisəsi qeydə alınıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xızı şəhərində (Bakı-Quba yolunun 71-ci km) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və yaxınlıqda 0.5 ha sahədə quru ot yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.