Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımı yəhudi nəşrində



ABŞ-ın məşhur nəşrində Azərbaycan baş konsulunun məqaləsi yayımlanıb


Xocalı soyqırımı ABŞ-ın nüfuzlu yəhudi nəşrində. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, ABŞ-ın ən aparıcı yəhudi nəşrlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən yazılmış məqalə “Xocalı: bir qətliamın günahsız qurbanları üçün ədalət uğrunda mübarizə” başlığı daşıyır. 

Müəllif, Xocalı soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandıraraq bu qətliam, eləcə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Baş konsul, son illərdə beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığını vurğulayaraq, bu səpkidə bir müddət əvvəl İsrail prezidenti Ruven Rivlinin Xocalı soyqırmını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsini və digər müxtəlif dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınmasını qeyd edir.

N.Ağayev, Xocalı hadisələri fonunda insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayır və bildirir ki, bu məsələdə ABŞ Konqresinin də üzərinə böyük məsuliyyət düşür. Diplomat, insanlığa qarşı törədilmiş bütün cinayətlərin hər hansı ayrı-seçkiliyə yol vermədən pislənilməsinin önəmini qeyd edərək yazır: “Məkanından və cinayətkarın kimliyindən asılı olmayaraq keçmişdə və günümüzdə baş verən bütün zorakılıqlara qarşı eyni mövqe göstərmək gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün önəmli şərtdir.” 

Baş konsul, Xocalı qurbanlarının yaddaşlarda əbədi qalmaları üçün Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini bildirir, ABŞ Konqresini Xocalı soyqırımına dair müvafiq qətnamə qəbul edərək bu ədalət mübarizəsinə qoşulmağa çağırır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar