Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımının qurbanları Avstraliyada anılıb


Xocalı soyqırımının 23-ci ildönümü Avstraliyanın Sidney şəhərində anılıb


Azərbaycanın Avstraliyadakı səfirliyinin yaxından dəstəyi ilə 26 fevral tarixində Sidney şəhərinin mərkəzində “Martin Place”-də  imza toplama və məlumatlandırma aksiyası təşkil olunub. 

6 saat davam edən aksiyada Xocalı faciəsinin soyqırım kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq icma petisiyası üçün imzalar toplanıb və xüsusi stendlərdə faciənin necə qəddarlıqla törədilməsini əks etdirən fotoşəkillər nümayiş olunub, broşürlar və bukletlər paylanıb.

Petisiyada eyni zamanda müvafiq parlamentlərdən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyin ifadə olunmasına və Ermənistanın işğalçı siyasətinin pislənməsinə çağırış da yer alıb. 

Tədbirdə Avstraliyada təhsil alan Azərbaycanlı tələbələr, yerli azərbaycanlı və türk icmasının üzviləri və səfirliyin əməkdaşları iştirak edib. 

Tədbirdə çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov Avstraliyada Azərbaycan səfirliyinin açılmasından sonra bu ölkədə diaspor fəaliyyətinin daha da gücləndiyini qeyd edib.  Onun sözlərinə görə, məlumatlandırıcı aksiyaların mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə müraciətlərin edilməsi erməni diasporunun yalanlarını ifşa etməklə əsl həqiqətləri, işğal faktını və insanlığa qarşı törədilmiş cinayətləri ictimaiyyətə çatdırır. 

Bundan başqa, 27 fevral tarixində ölkədəki ən böyük məscid olan Gelibolu Camisində cümə namazından öncə soyqırım barədə ətraflı məlumat veriləcək, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar ediləcək.

Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu son buraxılışlarını Xocalı soyqırımına həsr edib. 

Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar