Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya müraciət etdi


“Səni axtarıram” layihəsinin rəhbəri, bu günlərdə ATV-dən ayrılan Xoşqədəm Hidayətqızı ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət hazırlayıb


Müraciətdə ATV-də haqlarının pozulması, ona qarşı ədalətsizliklərin edilməsi, eləcə də qara PR-a məruz qalması öz əksini tapıb. Ölkənin birinci xanımından ATV rəhbərliyinin özbaşınalığına qarşı ölçü götürülməsi xahiş edilib. 

X.Hidayətqızının müraciətində deyilir: 

“Hörmətli Mehriban xanım, 20 ildir Azərbaycan mediasında dövlətimizin, xalqımızın maraqlarını əsas götürərək çalışıram. Hər zaman dövlətimə, xalqıma xidmət etdim. 5 ildir “Səni axtarıram” adlı bir layihə yaratmışam. Dişimlə, dırnağımla inkişaf etdirmişəm. 3 il öncə ATV-yə rəhbər təyin edilən Vüqar Qaradağlı ilə birlikdə biz bu layihəni lisenziyalaşdırdıq. Yəni “Səni axtarıram” layihəsi mənim və ATV-nin adına lisenziyalaşdırıldı. Mən bunu istədim. ATV mənə efir vaxtı verdiyi üçün mən də bunu Vüqar Qaradağlıya bir jest olaraq təklif etdim və məsələ həllini tapdı. Vüqar Qaradağlı o zaman mənə söz vermişdi ki, nə vaxt sən ATV-dən ayrılsan adına, konsepsiyasına qədər özünün yaratdığın “Səni axtarıram” layihəsini özünlə götürüb apara bilərsən. Təxminən 10 gün öncə isə məni yanına çağırıb bu layihəni bağlayacağını və bir həftə sonra efirdən yığışdıracağını dedi. Mən bu addımın çox acı nəticələri barədə onu məlumatlandırdım. Bu layihəyə yüz mindən çox müraciət etdiyini, öz əzizlərini axtaran insanların olduğunu söylədim. Dedim ki, bu qədər insanı düşünək və bəlkə onlar üçün layihədə hansısa dəyişiklik lazımsa edək. Hətta təklif etdim ki, əgər istəmirsinizsə, mən efirdə görünməyim, kadr arxasında qalım, amma layihə bağlanmasın. Lakin Vüqar Qaradağlı razılaşmadı. 

Hörmətli Mehriban xanım, bu layihənin inkişafı, yaşaması, insanlara köməyimizin dəyməsi üçün bu beş ildə həyatımı təhlükələrə atdığım dövrlərdə olub. Suriyada, Əfqanıstanda, İraqda ölümlə üz-üzə qaldım. Bütün bu zəhmətin heç olmaması üçün Vüqar Qaradağlıya xahiş etdim. Amma dinləmədi. Aprelin 12-də “Səni axtarıram”ı bağladı. Dedim ki, o zaman ATV bir  imtina arayışı versin ki, mən halal haqqım olan bu layihə ilə digər telekanala gedim və insanların ümid yeri kimi baxdığı layihəni davam etdirim. Vüqar Qaradağlı söz verdi ki, iki gün sonra arayışı verəcək. Lakin sözünün üstündə durmadı və mənə qarşı qara piar kampaniyası başladı.
 
Mən bir qadınam, anayam, gücsüz, zəif ola bilərəm. Hörmətli Mehriban xanım, yüz minlərlə insanın ümid yeri olduğunuz hamımıza məlumdur. Sizdən bu məsələdə mənə öz köməyinizi əsirgəməməyinizi, Vüqar Qaradağlının “Səni axtarıram” layihəsinə aid olan material və sənədlərin, həmçinin vəd etdiyi arayışın mənə verilməsinə təsir göstərməyinizi xahiş edirəm. On minlərlə insan “Səni axtarıram”ın nə vaxt efirə çıxacağını gözləyir. Köməyiniz on minlərlə insanın gözləntisidir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar