Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşqədəm Hidayətqızından prezidentə şikayət - Foto, Video


“Məni güllə ilə öz dili ilə desək “süzgəc” aşsüzən edəcəyini qətiyyətlə bildirdi”


Bir müddət əvvəl mətbuatda Abşeron rayonunun Saray qəsəbəsində mülkiyyət hüququ ilə özünə məxsus olan evin sökülməsində ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızını günahlandıran Saray qəsəbəsi, Mir Cəlal Paşayev küçəsi ev 1-də yaşayan Xaqani Hüseynov Azərbaycan Prezidentinə şikayət və videomüraciət edib.

PİA.AZ  faktxeber.com-a istinadla onun şikayətini və müraciətini olduğu kimi təqdim edir:

“2014-cü il may ayında Saray qəsəbəsində yerləşən bütün qanuni tələblərə uyğun olan şəxsi mənzilimin quldurluqla uçurdulub dağıdılaraq, daş və digər materialları da oğurlanaraq məlum şəxsin həyatyani torpaq sahəsində gizlədilməsi, mənə və yaxınlarıma maddi-mənəvi zərər vurulması, xəsarətlər yetirilməsi, ölümlə hədələnmə  və digər cinayət faktları ilə bağlı sizlərə – bütün aidiyyatı orqanlara şikayətim qanunvericiliklə nəzərdə tutulmuş bir ay müddətdən artıq vaxt keçməsinə baxmayaraq hələ bu məsələyə həmin şəxslər vəzifəli şəxslər olduğu üçün baxılmamışdır. Belə ki, Abşeon rayon prokurorunun köməkçisi Nail müəllim məni dəvət edərək hadisəylə bağlı məlumat aldı, lakin izahat verməyimə imkan yaratmadı və eyni rayonda olduğu üçün heç bir tədbir görülmədi. Ərizələrimizdə cinayət faktları ilə əlaqədar bütün rəsmi faktlar sizlərə ünvanlanıb. Vüqar və polis kapitanı Bədrəddin mənə təyziqlər etmiş, mənəvi cəhətdən məni sarsıtmış, psixoloji gərginlik və qorxu-stress vəziyyətində saxlamış və bu səbəbdən də ağır şəkər xəstəliyinə düçar oldum. Vüqar hadisə zamanı məni güllə ilə öz dili ilə desək “süzgəc” aşsüzən edəcəyini qətiyyətlə bildirdi və qardaşımın üstə hücum çəkərək yumruq-təpiklərlə zərbələr endirərək köynəyini də cırdılar.

Bu cinayət hadisəsinin araşdırılmaması, təhlükəsizliyimin təmin edilməməsi, heç kimin cinayət məsuliyyətinə cəlb edilməməsi, əksinə mənə qarşı maddi və mənəvi ziyan vurulmasının daha da şiddətli hal alması, sağalmaz şəkər xəstəliyinə məruz qoyulmağım məni özümü öldürmək həddinə çatdırıb. İntihar etməzdən əvvəl son ümidimi itirməyərək sizlərdən köməklik gözləyirəm









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar