Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xristianlar Tiflisdə Şeyxə yubiley keçirir


"Gürcüstan və Azərbaycan xalqlarının dostluğu nümunədir"


"Trend" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 29-da Tbilisi aeroportunda bəyan edib.

O, qeyd edib: "Mən sizi yenidən görməyimə şadam, çünki bizim münasibətlərimiz səmimiliyi və mehribanlığı ilə fərqlənir və xalqlarımız, ilk növbədə, ölkələrimizin ərazi bütövlüyünün təmin olunması üçün bir-biriləri üçün çox işlər görüblər".

QMİ sədri Gürcüstana dostluq səfərinə gəlib və özünün 65 yaşını burada qeyd edəcək. Onu II İliya qarşılayıb və tərəflər aeroportun binasında bəyanatla çıxış ediblər.

A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin şəxsi salamını bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyaya çatdırıb.

Katolikos-Patriarx şeyxülislamı 65 illik yubileyi münasibəti ilə təbrik edib və onu "Gürcüstan xalqının dostu" adlandıraraq minnətdarlığını ifadə edib: "Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bir-birimizi uzun illərdir tanıyırıq və dostluğumuz getdikcə möhkəmlənir. Mən sizin simanızda Gürcüstanın əziz dostunu salamlayıram".

A.Paşazadə Gürcüstanın Prezidenti və parlamentinin sədri ilə də görüşəcək. O, Gürcüstanı avqustun 30-da tərk edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar