Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı deputatdan Leyla Yunusa başqa bir ittiham - dövlətə böhtan


Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub

.
Bu barədə Trend-ə millət vəkili Məlahət İbrahimqızı Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
M.İbrahimqızı qeyd edib ki, L.Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb: "Azərbaycanın beynəlxalq səviyyədə çox yüksək imici var. Azərbaycanın imici olmasaydı, Azərbaycan dövlətinə etibar etməsəydilər, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana 150-dən artıq ölkə səs verməzdi. Bu, çox böyük nailiyyətdir və dövlətimizə, dövlət başçısına olan münasibətdir. Amma Leyla Yunus Azərbaycanda ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Bir adam ki, öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar?"
Millət vəkili əlavə edib ki, L.Yunus Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən də casusluq fəaliyyəti ilə məşğul idi: "Leyla Yunus öz vətəninə, öz xalqına xəyanət edirdi. Elə torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri var. Mən hüquq mühafizə orqanlarının işinə qarışa bilmərəm, onlar özü hər şeyi çox yaxşı bilir. Hesab edirəm ki, Leyla Yunusun hansı əməlində cinayət işi varsa, araşdırılacaq və qanun çərçivəsində layiqli qiymət veriləcək".



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar