Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP rəhbərliyi Türkiyə səfirliyində


Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov İstanbulun Atatürk hava limanında törədilmiş və çoxsaylı insan ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına başsağlığı diləyib


YAP-dan verilən məlumata görə, partiya adından səfirlikdə terror qurbanlarının xatirəsinə əklil qoyulub.
 
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla görüşən Əli Əhmədov bu qanlı terror hadisəsinin bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən də kəskin pislənildiyini bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, xalqımız Türkiyə ilə hər zaman bir yerdədir, bu gün də türk xalqının acısını böyük kədər hissi ilə bölüşür.
 
İ.A.Coşkun bu ağır günlərdə göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O bildirib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirir: “Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.
 
Ə.Əhmədov terror aktı ilə əlaqədar səfirlikdə açılmış xatirə kitabına ürək sözlərini yazıb.
 
YAP İcra katibinin müaviniləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş NovruzovYAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ziyarətdə iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar