Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yadigar Sadıqovdan Arif Hacılıya dəstək


Müsavat başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqov Müsavat Partiyasının növbəti qurultayi və "Başqan seçkiləri" ilə baglı öz mövqeyini yazili şəkildə açıqlayıb


 Bu barədə musavat.com-a vicdan məhbusunun dostu Elman Fəttah məlumat verib. Elman bəy həmin müraciəti redaksiyamıza yollayıb, eyni zamanda da Facebookda yerləşdirib.  

"İctimaiyyətin böyük maraqla gözlədiyi Müsavat Partiyasının növbəti qurultayı yaxınlaşmaqdadır. Sirr deyil ki, bu tədbirin əhəmiyyətini xüsusiləşdirən amil partiyanın özünə yeni başqan seçəcəyi ilə əlaqədardır. Artıq bir neçə nəfər Müsavatın növbəti, altıncı başqanı olmaq iddialarını ortaya qoymuşdur. Onların hər biri mənim əqidə dostlarım və mücadilə silahdaşlarımdır. Buna görə də onlardan yalnız birini dəstəkləmək, digərlərinə “yox” demək heç də asan seçim deyildir. Lakin Demokratiya həm də zaman-zaman belə dilemmalarla üzləşmək və onları həll etmək zərurətidir.

Bu seçimi edərkən hər bir namizədin şəxsi və siyasi keyfiyyətlərini, ideoloji baxışlarımızın və siyasi görüşlərimizin yaxınlığını və digər amilləri nəzərə aldım. İctimaiyyətin marağını nəzərə alaraq, ictimai fikrə hörmətlə Müsavat Partiyasının yeni başqan seçkilərində Arif Hacılının namizədliyini dəstəklədiyimi bəyan edirəm.

Arif bəyin uzun illər təşkilati məsələlər üzrə başqan müavini, sonralar isə İcra Aparatına rəhbərlik təcrübəsi başqan dəyişikliyinin daha rahat və fəsadsız keçəcəyinə ümid yaradır. Onun işgüzarlığı, liderlik qabiliyyəti, partiyaya yetərincə vaxt ayıra bilməsi, natiqlik qabiliyyəti, intellekti illər ərzində nümayiş olunmuşdur.
Və nəhayət, mənim üçün çox əhəmiyyətli olan bir məsələyə toxunmaq istəyirəm. Son illərdə Müsavat Partiyası bir sıra qərarlar qəbul etdi və addımlar atdı ki, onların doğruluğu yalnız zamanla təsdiq olundu. İlk dövrlərdə isə partiyanın üzərinə tənqid atəşi yağdı. Bəzi funksionerlərdən fərqli olaraq Arif Hacılı bu tənqidlərdən çəkinməyərək Müsavatın mövqeyini və mənafeyini sona qədər, hətta öz nüfuzuna ziyan vurulacağından çəkinmədən müdafiə etdi. Bu başqanlığa iddia edən siyasətçi üçün kifayət qədər riskli, ona görə də fədakarlıq idi.
Sonda Müsavat Partiyasının qurultayına uğurlar arzulayır, bütün seçkilərin nəticələrinin partiya üçün, Vətən və Millət naminə, Azadlıq və Bərabərlik uğrunda apardığımız müqəddəs davamız üçün xeyirli, uğurlu olmasını diləyirəm.
Tanrı Azərbaycanı qorusun!
Yadigar Sadıqov"

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar