Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yadigar Sadıqovla bağlı bəyanat


Həbsdə olan Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarını Müdafiəsi Komitəsi bəyanat yayıb. Bəyanatda deyilir:


"22 iyul 2014-cü il tarixində Müsavat Partiyası başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqovun Apellyasiya məhkəməsisinin iclası keçirilib və məhkəmə başa çatıb. Məhkəmə Yadigar Sadıqovun Lənkəran Şəhər Məhkəməsinin hökmündən Şirvan Apellyasiya məhkəməsinə verdiyi şikayətinə baxaraq, 1-ci instansiya məhkəməsinin 6 il azadlıqdan məhrum etmə barədə hökmünü qismən qüvvədə saxlayıb  və Yadigar Sadıqovun 4 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Müdafiə komitəsi bəyan edir ki, Apellyasiya məhkəməsinin baxışı zamanı Y.Sadıqovun vəkillərinin əsaslandırılmış vəsatətlərinin əksəriyyətinin rədd edilməsi, bir-ikisinin qismən təmin edilməsi, həm bütövlükdə ittiham tərəfinin siyasi sifariş əsasında  iddia etdiyi xuliqanlıq hadisəsinin baş verməməsinə dair, həm ayrılıqda ittihamın “zərərçəkən”in bədəninə “az ağır” xəsarət yetirməyə dair hissəsi haqda vəkillərin məhkəməyə təqdim etdiyi və ekspertiza rəyinin saxta olmasına şüphə yeri qoymayan sübutların, eləcə də ibtidai istintaq zamanı kobud prosessual pozuntuların baş verməsini əsaslandıran sübutların, ittiham tərəfinin saxta şahidlərinin təkrar dindirilmədən yayınmalarının məhkəmənin qərarında öz əksini tapmaması, sırf ictimai-siyasi fəaliyyətinə görə uydurma xuliqanlıq iddiası ilə törətmədiyi cinayətdə ittiham edilən Y.Sadıqova bəraət vermək əvəzinə, Lənkəran məhkəməsinin saxta ittihama əsaslanmaqla verdiyi  6 il  azadlıqdan məhrum etmə haqda hökmünün tam mahiyyətini Apellyasiya məhkəməsinin qüvvədə saxlaması və 6 illik cəzanı 4 ilə endirməklə kifayətlənməsi ”süni humanism” görüntüsü yaratmaq cəhdi və hakim rejimin siyasi sifarişinin icrasını davam etdirməkdir.

Müdafiə Komitəsi Şirvan Apellyasiya Məhkəməsinin verdiyi qərarla qətiyyən razılaşmır və Y.Sadıqovun azad edilənə qədər hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini bildirir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar