Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalançı penaltilər



Eh... biz burda “Qarabağ”ın son saniyədə verilməyən qoluna görə elliklə bir elə üzüldük, görün, Anadoludakı türk qardaşlarımız nələr çəkirlər... Onlarda belə haqq-ədalətsiz qərarlar hər oyunda olur.


Məsələn, nəyə görəsə öz ölkəsində çox sevilən və yenə, həm də daha artıq nəyə görəsə bizim ölkəmizdə də fanatlar ordusu olan bir klub var (adını çəkib dostların, xüsusilə də Nəsimi Nəbizadənin qanını qaraltmaq istəmirəm), hər oyunda bir dənə havayı penaltisi var. Hakim baxır ki, oyun qurtarır, ancaq bu komanda ya uduzur, ya da uda bilmir, bayaqdı ha, ilk fürsətdə, düdüyünü piləyir, əliylə qapının 11 metrliyindəki ağ nöqtəni göstərir və cərimə zərbəsi təyin edir. Mübahisə, qışqır-bağır, xeyir yoxdur, arbitr qərarını dəyişmir. Hiddət, məyusluq, çarəsizlik, dəxli yxdur, qapıçı gedir qapısına, penalti ustası topu qoyur ağ nöqtənin üstünə, geri çəkilir, yüyrək şəkildə yaxınlaşır, zərbə, qol. 1-2 dəqiqədən sonra oyun bitir – 3 xal qazanılır. Vəssalam.

Bir oyun belə ola, iki, üç oyun o cür ola, o biri klubların azarkeşlərini yandırmaz, amma 3 xala ehtiyac olan hər oyunda belə olur və bu, artıq Türkiyədə və ölkəmizdə lətifə predmetidir (bəzən insanlar gücləri çatmadığı ədalətsizliyə lətifə qoşaraq ovunurlar). 

Doğrusu, bir vədələr oyundan qabaq pafosla danışan, “rəqibimizi aslanlar kimi parçalayacağıq” deyə nərildəyən, oyundan sonra uduzaraq, meydandan miyoldaya-miyoldaya çıxan, bir də tez-tez ağ-qara qanadları yolunan komandaların acığına həmin komandaya azarkeşlik eləmək istədim. O zaman onlar Avropada xeyli qabağa getmişdilər, dörddə bir finala qədər irəliləmişdilər, amma sonra gördüm ki, yox, bu komandanın bir gözü hakimin düdüyündədir ki, havayı penalti alsın, müftə qol vursun, türkün sözü, bedavadan puan qazansın. 

Əsl futbol azarkeşinin böylə bir komanda ilə nə işi ola, ona necə azarkeşlik edə bilər? 

Hər şeyin başı ədalətdir. Haqq-ədalət olmayan yerdə xeyir-bərəkət ola bilməz. Halal qazanmadığın qələbənin mənəvi-psixoloji dəyəri yoxdur. Bu, olsa-olsa kiminsə cibindən babat pul çıxarmış cibgirin duyduğu peşəkar həzzdir. Necə ki, cibgir keçirdiyi “uğurlu” əməliyyata və əlinə gələn müftə pula görə məmnunluq hissi yaşayır, eləcə də penalti qoluyla 3 qal qazanan futbol komandası, yaxud saxtakarlıq hesabına mandat qazanan siyasi komanda eyni hissləri yaşayır. Onlar bilirlər ki, qazandıqları xal və mandat halal deyil, oğurluqdur, qarətdir, amma onlar bundan xəcalət çəkmirlər, hələ qürur-filan da duyurlar. Çünki onlara əslində halallıq, dürüstlük lazım deyil, xal və mandat lazımdır. Ortada qəhr olan sağlam rəqabət, halal yarış prinsipləri, demokratiya-filan cəhənnəmə olsun. 

Ən maraqlısı odur ki, bu cür halal qələbədən imtina edərək öz məqsədinə fırıldaqla, saxtakarlıqla çatan komandaların xeyli tərəfdarı, təəssübkeşi, fanatları var. Ən məəttəl qalınası durum da onlarla bağlıdır. 

Saxtakar siyasi komandaya azarkeşlik edənləri anladıq, büdcə təşkilatlarında işləyirlər, ortada dolanışıq məsələsi var, həmişə güclünün, haqq-nahaq bütün oyunları basıb udanın yanında olmaq psixoloji rahatlıq gətirir və sair və ilaxır. Bəs hər dəfə saxta penalti ilə qələbə qazanan, oyunları pulla alan, hakimləri psixoloji terrora məruz qoyaraq onları penalti sovqatı verməyə məcbur edən komandanın azarkeşlərini nə vadar edir ki, onlar həmişə haqsızın, ədalətsizin yanındadırlar? 

Əslində heç bir komandaya fanatikcəsinə azarkeşlik etmək lazım deyil. İnsanlar həmişə haqq-ədalətə, dürüstlüyə, sağlam yarışmaya azarkeşlik etsələr, hər şey daha yaxşı olar, həll edilməmiş problem qalmaz.

Biz ona görə bu gündəyik ki, yüz minlərlə insan öz komandasıdır deyə yalançı penaltilərlə, saxtakarlıqla, hiyləylə, təzyiqlə, zorla qələbə qazanan komandaların dəstəkçiləridir. 
Nəsimi Nəbizadəyə görə adını çəkmədiyim həmin komanda öz ölkəsində saxta düdüklərlə qələbə qazana bilər, amma hər dəfə beynəlxalq arenaya çıxanda sarı dimdiyinin üstündən zərbə alıb qayıdır. 

Burda başımızı yaran, dil-dil ötən Siyavuş Novruzov da Strasburqa-zada gedəndə dili topuq vurur, “neprav” çıxarırlar, pərt-pərt qayıdıb gəlir. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar