Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanan bina ətrafında yeni qalmaqal


Yanan bina ətrafında yeni qalmaqal: maşını yananlar etiraza hazırlaşır


Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən dəhşətli yanğın zamanı avtomobillərinə və digər əmlaklarına ziyan dəymiş vətəndaşlar etiraz aksiyası keçirməyə hazırlaşır.

Bu barədə virtualaz.org saytına zərərçəkənlər özləri məlumat verib.

Zərərçəkən Ülvi Hüseynovun sözlərinə görə, yanğın zamanı 10 vətəndaşın avtomobilinə ziyan dəydiyi halda onların sahiblərinə heç bir ödəniş olmayıb: “Bizə söz verildi ki, bina təmir olunana qədər avtomobillərimizə dəymiş ziyan ödəniləcək. Amma sonra bundan boyun qaçırdılar. Ekspertiza avtomobillərə və yaxınlıqdakı qeyri-yaşayış tikililərinə, sosial obyektlərə dəyən ziyanla bağlı rəy hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Baş nazirin müavini Abid Şərifov da iclasda söz vermişdi ki, bizim problemimiz də həll olunacaq. Artıq üstündən 3 ay keçib, amma nəticə yoxdur”.

Ülvi Hüseynovun sözlərinə görə, onun avtomobilinə dəyən ziyanın məbləği 10 min manata yaxındır: “Buna baxmayaraq ekspertizanın rəyində 6 min 500 manat göstərilib. Ona da razıyam, təki dəymiş ziyanı ödəsinlər. Yaxınlıqda internet klubu olan adamlar var, obyektləri yanğında yararsız hala düşmüşdü. Onlara da söz verilmişdi ki, kompüterlər alınacaq, amma heç nə etmədilər. Bizim səsimizi eşidən yoxdur, ona görə də aksiya keçirəcəyik”.

Qeyd edək ki, bu il may ayının 19-da Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər dünyasını dəyişib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar