Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanan binada həlak olan Fərəhin dəfnindən görüntülər - Video


İnsanın tükünü ürpədən məqamlardan biri də ölənlərin 5-nin azyaşlı olmasıdır


Bu faciədə insanın tükünü ürpədən məqamlardan biri də ölənlərin 5-nin azyaşlı olmasıdır. Günahsız körpələrin ölümünə səbəb olan məsuliyyətsiz addım. Bu gün o körpələrdən birinin, 3 yaşlı Fərəhin dəfninə toplaşanlar göz yaşlarına hakim ola bilməyiblər.

3 yaşını cəmi bir ay əvvəl valideynləri ilə birlikdə qeyd edən balaca Fərəh bu gün torpağa tapşırıldı. Körpənin meyiti bu gecə ata evinə Xaçmaz şəhərinə gətirildi. Fərəh Baba yurdu olan Quba şəhər qəbristanlığında dəfn olundu.

Dəfn mərasimində ailə üzvləri, qohumları ilə yanaşı Quba İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəsmiləri istirak edirdi. Balaca Fərəhin babasının sözlərinə görə, uşağın anası Günay Məhərrəmova hazırda toksikologiya mərkəzində ağır vəziyyətdədir. 

Yayılan məlumatalara görə, Günay Məhərrəmova hamilə imiş və 3 yaşlı övladının ölüm xəbərini eşidən ana ikinci övladını da itirib.

“Nə qədər zəng etdiksə, telefonlara cavab verən olmadı. Bir müddətdə sonra baş verən hadisə ilə bağlı məlumat aldıq. Anası ilə uşaq bir yerdə olublar. Pəncərəni açan kimi, zəhərli tüstü içəri daxil olub. Anası bir də baxıb görüb ki, uşaq qucağında can verir. O an huşunu itirib”, – deyə Fərəhin babası Şövkət Məhərrəmov bildirib.

İki gündür ki, sosial şəbəkələrdə hüznlə anılan balaca Fərəh dəhşətli yanğın zamanı anası ilə evdə olub. Anası Günay Məhərrəmova yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə aparılandan sonra hadisə yerinə çatan ata körpəni tapa bilməyib.

Bütün xəstəxanaları gəzərək övladını axtaran Elnur Məhərrəmovla birlikdə mediadan bu xəbəri izləyən hər kəs onun sağ-salamat tapılacağına ümid etsə də, sonda Fərəhin ölüm xəbəri gəldi.

Fərəh Məhərrəmova xilasedicilər tərəfindən çıxarılaraq təcilli yardım həkimlərinə təhvil verilsə də, həkimlər onu xilas edə bilməyiblər.(Ans Tv)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar