Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanğından zəhərlənənlər gələn həftə evə buraxıla bilər


Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində zəhərlənən 14 nəfərin vəziyyəti hələ də orta-ağırdır


Xəsarət alanlardan götürülən qan analizlərinin nəticələri isə artıq bəllidir. Onların qanında orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaranan karboksiqemoqlobin aşkarlanıb.

Dəm qazından zəhərlənmələrdən sonra insanın mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları zədələnir. Təəssüf ki, orqanizm bu zəhərin fəsadını uzun illər boyu daşıyır.

Bəs bu fəsadlardan necə qurtulmaq olar? Ağır toksiki məhsullarla zəhərlənmədən sonra tam müalicə-reabilitasiya mümkündürmü?

Mütəxəssislər virtualaz.org saytına zəhərlənmələrdən sonra yaranan problemlərdən və müalicə yollarından danışıblar.

Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov deyir ki, bu cür zəhərlənmələr tənəffüs xəstəliklərinin yaranmasına səbəb olur: “Hazırda bizim mərkəzdə müalicə olunan xəstələrin həyati təhlükəsi yoxdur. Lakin növbəti həftənin ilk günündə mütəxəssislər təkrar baxış keçirəcəklər, onların səhhətində baş verə biləcək fəsadlar müzakirə olunacaq. Bundan sonra onların ev və ya xəstəxana şəraitində qalmalarına qərar veriləcək”.

A.Maqsudov dedi ki, zəhərlənənlər daima soyuqdəymə və virus xəstəliklərindən qorunmalıdır. Çünki dəm qazı zəhərlənmələri ilk növbədə tənəffüs orqanlarına təsir göstərir: “Onların tənəffüs orqanlarında qalıq, yəni zəhərlənmənin əlamətləri qalacaq. Soyuqdəymə və ya qripə yoluxduqları təqdirdə təngnəfəslik kimi əlamətlər özünü büruzə verəcək. Bu insanların immun sistemi zəifləyib. Bu tip zəhərlənmələr immun sisteminə mənfi təsir edir. Buna görə də xəstələr evə buraxılandan sonra ərazi poliklinikalarının nəzarətində olacaqlar.

Qatı tüstüdən zəhərlənən şəxslərin ağciyərində gedən bərkiməyə gəlincə isə bu, ilkin əlamətdir. Bu hallar bir neçə gün davam edir, sonra çəkilib gedir”.

Həkim Aygün Səmədova isə bu tip zəhərlənmələrin mərkəzi sinir sisteminə zərbə vurduğunu deyir: “Bu cür zəhərlənmələr insan orqanizminin ilk növbədə mərkəzi sinir sistemini iflic edir. Buna görə də zəhərlənən insanların əksəriyyətində psixoloji problemlər ortaya çıxır, onlar əsəbi, aqressiv, emosional olurlar, yaddaş zəifliyindən əziyyət çəkirlər. Bəzən isə hətta əllərdə, ayaqlarda qıcolmalar belə yaranır. Zəhərlənən insanlara dərman müalicəsi ilə yanaşı psixoloji dəstək də vacibdir”.

A.Səmədova yanğın nəticəsində zəhərlənən bina sakinlərinin psixoloji problemlərlə üzləşəcəklərindən əmindir: “Ağ ciyərin və tənəffüs orqanlarının zədələnməsi də birbaşa əsəb sisteminə təsir göstərir. Bundan əlavə, psixoloji gərginliklər də nəzərə alınmalıdır. Doğrudur, ikinci həftədən başlayaraq emosional vəziyyət nisbətən dəyişir, reaksiyalar normal hala gəlir. Amma bu insanlar uzun müddət təngnəfəslik, halsızlıq, tez yorulma kimi əlamətlərdən şikayətçi olacaqlar. Buna görə də daim həkim nəzarətində qalmalı, digər tərəfdən isə psixoloji yardım almalıdırlar. Nəzərə alsınlar ki, tənəffüs orqanlarının zədələnməsi uzun illər müalicə tələb edir. Belə xəstələrin əhval-ruhiyyəsi daim yüksək olmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar