Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanmış bacı-qardaşın dəfni - Foto


Dünyasını dəyişənlərin dəfn mərasimindən reportaj təqdim edirik


Bir ailə iki əzizini itirdi dünən. 

Ans press-in məlumatına görə, dünənki yanğında həlak olan 60 yaşlı Bağırova Firəngiz Rəhim qızı və 46 yaşlı Bağırov Sahibin boğulmuş və yanmış cəsədləri bu səhər Göy Məsciddə yuyuldu.

Bu ailədə iki ay əvvəl yas olmuşdu. Ailənin böyüyü Rəhim kişidən sonra oğlunu və qızını da öz arxasınca apardı. Onların yas mərasimi böyük qardaşlarının yaşadığı binanın həyətində qurulmuş çadırda düzənlənmişdi. Meyidlər məsciddən birbaşa ora aparıldı.

Bir gündə bacısını və qardaşını itirmiş Məlahət Bağırova demək olar ki, başını itirmişdi. Artıq bu dünyada olmayan Firəngiz və Sahiblə bir mənzildə yaşadığını deyən Məlahət xanım, dünəndən bəri yanmış mənzillərinə daxil ola bilmədiyini deyir: 

"Bacım demək olar ki, tam yanmışdı, qardaşımın isə bədəninin yarısı yanmışdı. Xəbəri eşidən kimi tələsik gəldim, amma gec idi artıq. Dərdim böyükdür, dünən şokda idim. Yas çadırına asmaq üçün bacı-qardaşımın şəkli lazımdır. Evə girə bilmirik ki, lazım olan şeyləri götürək. Bacımın məclisidir, şəklini tapa bilmirik. Qardaşıımınkını isə telefondan tapıb, böyütdürmüşük. Məni Fatmayiyə göndərirdilər, bacı-qardaşımın meyidini qoyub heç yerə gedə bilmədim. Ora getsəydim, səhər-səhər necə qayıdacaqdım bura? Gecəni küçədə keçirmişəm, öz evimizə girməyə qoymurlar, dünəndən bəri əynimizin paltarını belə dəyişməmişəm".

Məlahət xanım bacısı və qardaşı ilə birlikdə binanın 14-cü mərtəbəsində 3 otaqlı mənzildə yaşayırmış: "Biz üçümüz də ailə qurmamışdıq. Biz bacılar ümidimizi qardaşımıza bağlamışdıq, onun xeyir işini görmək istəyirdik. Sahibi evləndirməyə hazırlaşırdıq. Sahib səhər Firəngizə demişdi ki, ona ağ köynək alsın. Ağ kəfən qisməti oldu... 

Firəngiz müəllimə idi, bu gün saat 12-də dərsi vardı. Gedə bilmədi... " 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar