Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.
Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.
Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.
pia.az