Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponlar Bakıdakı yeni binaların zəlzələyə davamlılığını yoxlayacaq


Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən lent.az-a verilən məlumata görə, bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın"SHINYEI OYO S-İ" şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub. 

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edərək, "biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik"- deyib.

Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar