Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaralı neftçilər sabah evlərinə buraxılır


Partlayışda yaralanan neftçilərdən yeni xəbər var


Oktyabrın 23-də Dövlət Neft Şirkətinin neft meydançasında baş vermiş dəhşətli qəzada yaralanan neftçilərin əksəriyyəti sabah xəstəxanadan evə buraxılacaq.

Bu məlumatı virtualaz.org saytına Mərkəzi Neftçilər Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Raud Əsədov verib.

Şöbə müdiri bildirib ki, oktyabrın 23-də xəstəxanaya 17 yaralı gətirilib. Onlardan 10-nu ambulator müayinədən sonra evə buraxılıb. 7 nəfər isə hazırda xəstəxanada stasionar müalicə alır.

R.Əsədovun sözlərinə görə, yaralı xəstələrdən yalnız 3-nün vəziyyəti digərlərinə nisbətən ağır olub. Bu xəstələr kəllə-beyin silkələnməsi və sıxılma sindromu ilə xəstəxanaya yerləşdiriliblər. Lakin onlara göstərilən tibbi yardımdan sonra hazırkı vəziyyətləri yaxşıdır. Neftçilərin əksəriyyəti sabah evə buraxılacaq.

Hazırda xəstəxanada olan neftçilər bunlardır: Anar Nurəliyev, Babaverdi Rəfiyev, Ruslan Veysəlov, İlham İbrahimov, Ağaşirin Məmmədov, Lütfəli Əliyev və Şəhriyar Vəkilov.

Qeyd edək ki, oktyabrın 23-də saat 12:00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib.

Qəza zamanı ərazidə 41 nəfər neftçi olub. Onlardan 37 nəfəri qəza xilasetmə briqadası tərəfindən ərazidən çıxarılsa da 4 nəfər dənizdə batıb.

Dənizə düşəm 4 neftçidən 3-nün cəsədi tapılıb. Lakin 1 neftçinin cəsədi hələ də tapılmayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar