Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yardımlıda sosial yardım üsyanı


4 kəndin sakinləri Prezident Adminstrasiyasına şikayətə gələcək


Yardımlı rayonunda sosial müavinətlərin verilməsi ilə bağlı ciddi narazılıqlar baş qaldırıb

PİA.AZ xəbər verir ki, bununla bağlı Savash.org-a müraciət edən bir qrup rayon sakini bildirir ki, Yardımlı Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəhbəri Miramid Səmədovu yalnız şəxsi qazancı düşündürür: “Yardımlı ƏSMM-də əsl bazar mühiti yaradılıb. Sosial yardıma haqqı çatan aztəminatlı ailələrə müxtəlif vasitələrlə maneələr törədilir. Əvəzində isə maddi durumları kifayət qədər yaxşı olan şəxslərə sosial yardımlar təyin edilir ki, bu da qarşılıqlı maraqların təmin olunmasından sonra reallaşır. Miramid Səmədov istədiyi adama yardım təyin edir, umacağını ala bilmədiyi şəxsləri isə get-gələ salır”.

Yardımlı rayonunun 4 kəndindən – Arvana, Bozeyran, Çayüzü və Daşkənd kəndlərindən daxil olan şikayət məktubunda baş verənlərlə bağlı Bakıya şikayətə gediləcəyi vurğulanır: “Yardımlı ƏSMM tərəfindən haqqı tapdalanan çoxsaylı şəxslər Bakıya – Prezident Adminstrasiyasına gedəcəyik. Bu bizim son çıxış yolumuzdur, çünki Miramid Səmədov artıq əndazəni aşıb. Biz eyni zamanda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna düşərək, ona yardımlıdakı real durumu çatdırmağa çalışacağıq”.

Sonda xatırladaq ki, Miramid Səmədov bundan öncə Yardımlı ƏSMM-də müavin vəzifəsində çalışıb. Rəisin işdən çıxarılmasından sonra isə onun səlahiyyətlərini müvəqqəti icra edir. Ümumiyyətlə isə son illər ərzində Yardımlı ƏSMM-ə bir neçə rəis təyinat alsa da onlar çox qısa vaxtdan sonra vəzifələrindən çıxarılıblar. Elə bu faktı özü də Yardımlı ƏSMM-də hansı qaydaların bərqərar olduğundan xəbər verir.

Növbəti yazımızda isə Yardımlı ƏSMM-nin müvəqqəti rəisi Miramid Səmədovun iştirakı ilə reallaşan şok maxinasiyaların təfərrüatlarını təqdim edəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar