Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yarı yolda qoyma məni...


PİA.AZ unudulmaz şair Cabir Novruzun "Yarı yolda qoyma məni" , "Mən bilirdim" şeirlərini oxucularına təqdim edir







...Arxada yaz, qabaqda qış,
Tufan, külək, soyuq, yağış,
Əllərimdən möhkəm yapış,
Yarı yolda qoyma məni...

İllər alıb sağ-solumu,
Havamın pisdir durumu,
Sənsiz itirrəm yolumu,
Yarı yolda qoyma məni...

Sənsiz alar üstümü çən,
İtər ayım, günüm, gecəm,
Yolçum ol son mənziləcən,
Yarı yolda qoyma məni...








Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim.
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim.

Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, ekizi...
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü.

Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə.
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi..

Gülyanaq İsmayılqızı
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar