Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşamaq inhisara alınanda



Yenə yaz gəlib, Oğuz elində qardaş qırğını davam etməkdədir


Sevdiyi qızı küçədə doğrayan əsəbi qaqaşlar, kafeyə gələn pullu xarici kliyent üstündə süpürləşən ofisiantlar, örüşdə qoyunların yerini bölüşə bilməyib boğuşan çobanlar və sairə və ilaxır...

Mən bəzən bir gündə 3-4 davanın canlı şahidi oluram. Adamlar hər yerdə bir-biriylə it kimi boğuşurlar. Evlərdə, həyətlərdə, ictimai nəqliyyatda, məclislərdə... “Boğuşmaq” sözünə görə üzr istəyirəm, amma prosesin gerçək adını yalnız bu söz ifadə edir. Bu, adi dava-şava, mübahisələr deyil. Hər gün çeşid-çeşid, rəngarəng qan axıdılması xəbərləri gəlir. Əslində qanın rəngi birdir, hadisələr rənglidir.

Hətta bu yaxında daha orijinal hadisə olmuşdu: bəyin gözləməyə hövsələsi çatmayıb gəlini toydaca eşşək balası kimi çırpmışdı. Sonra da bəy və gəlinin adamları bir-birinin canına daraşıb şadlıq evində ictimai sabitliyə şıllaq atmışdılar, polis gəlib hamısını yığıb aparmışdı. Daha sonra isə sürü ilə geri qayıdıb heç nə olmamış kimi toyu davam etdirmişdilər.
Başqa bir hadisədə oğlan sevdiyi qızın burnundan öpmüşdü. Zarafat edirəm, hardadır xalqımızda o bəxt? Yazıq qızın burnunu yumruqla vurub sındırmışdı.

Perulu yazıçı Mario Varqas Lyosa-nın Nobel ədəbiyyat ödülünü alarkən, 2010-cu ildə söylədiyi nitqində belə cümlə var: “Kitab oxumaq, o cümlədən yazıçılıq həyatın yarımçıqlığına etirazdır”. Yazıçı demək istəyir ki, həyat bizim təsəvvürlərimizə, xəyallarımıza uyğun gəlmir, həyat amansız, ədalətsizdir, ümidləri doğrultmayan bir yerdir. O baxımdan, insanlar ədəbiyyatda daha gözəl və bütöv dünyalarını qururlar. Bunu azərbaycanlıların ümidsizcəsinə bir-birinə aqressiv yanaşmasına da aid edə bilərik. İnsanlar öz canında tapa bilmədiyi rahatlığı başqalarının canını almaqda görürlər. Şüuraltı olaraq hesab edirlər ki, guya bununla öz can yarımçıqlıqlarını, öz natamam həyatlarını əldə edib bütövləşdirəcəklər. “Mənim olmasan heç kimin də olmayacaqsan” söhbətinin dolayı mənası budur.

Ədəbiyyat örnəyini nahaqdan çəkmədim. Kitablar, incəsənət və mədəniyyət insanlarda humanizm hissini artırır, onları tərbiyə edir. Yapistlər isə bütün kitab dükanlarını, nəşriyyatları, qəzet satışını yığışdırıb yerini  “ştuçnu” siqaret və təsbeh satan köşklərə verdilər. Telekanalizasiyalardan heç danışmağa dəyməz, onlar ölkənin ən böyük aqressiya, mədəniyyətsizlik mənbəyidir. Mən bir-iki dəfə təsadüfən, epizodik olaraq “Səni axtarıram, tutsam cıracam, ay Zaur” tipli verilişlərə baxmışam. Heyrətə gəlmişəm. Təsəvvür edin, birbaşa ekrandan “Elə ata ölsə yaxşıdır”, “Sən niyə onun başını əzmirsən” tipində ağsaqqal və ağbirçək məsləhətləri yayımlanırdı.  O fikirlər ki, vicdanlı şəxslərin ağlına gələndə utanırlar, bu rejim onları efirdən yayımladı. Hakimiyyət birbaşa suçludur, çünki bütün kanallar onların əlindədir. Günahı ona-buna yaxmağın adı yoxdur, ölkədə bir dənə belə müstəqil telekanal qalmayıb.

Bəzi ölkələrdə insanlar çətinə düşəndə, Lyosa demişkən, “həyatın yarımçıqlığı” ilə üzləşəndə onu dinlə doldururlar. Bizim camaatın dini bu tələblərə qətiyyən cavab vermir, əksinə, islam dini bu dünyanı fani, mənasız sayır, daha da aqressivləşdirir. Dini məsləhətlərin isə böyük hissəsi qorxuya arxalanır: ondan qorx, bundan qorx, filankəsin gözünü çıxart, behmənkəsin evini yağmala və sairə. Haçansa bir şəxsi problemlə üzləşən azərbaycanlının din xadiminə çarə üçün müraciət elədiyini, dərdləşdiyini görmüsünüzmü? (Dua yazdırıb cin qovdurmaq kimi cəhalət şeyləri çıxmaq şərtiylə). Heç uzağa getməyək, təsəvvür edin Allahşükür bəyə ürəyinizi açıb danışırsınız. Elədinizsə əjdaha adamsınız.

Məktəblərdə bozbaş qazanını təzəcə asıb gələn müəllimələr, məhəllə və obalarda kaftar düşüncəli, bir çox hallarda isə geri zəkalı ağsaqqal və ağbirçəklər at oynadırsa, insanlar harda təskinlik tapmalıdır? Dərdini kimə danışmalıdır, həyatını, işini-gücünü kimə baxıb tarazlamalıdır? Örnəklər yox, insanlıq zindana salınmış, həyat cəhənnəm əzabları ilə dolu, qadağanların bolluğu cinayəti şirinləşdirmiş...

Həyat bir ailənin mülkiyyətidir, həyat inhisara alınmışdır. Bizə bir-birimizə qənim kəsilməyi buraxıblar. Etiraz edən varsa gəlsin tinə. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar