Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Kamalın vəsiyyəti açıqlandı



Cümhuriyyətlə yaşıd adam. Daha doğrusu, Cümhuriyyətdən 23 gün böyük yazıçı


1923… Türkiyə tarixində və ədəbiyyatında bir çox mühüm hadisənin baş verdiyi müqəddəs hesab olunan il… Böyük türk yazıçısı Yaşar Kamal 1923-cü ilin 9 oktyabrında Van gölünə yaxın Ərnis (indiki Ünseli) kəndində yeganə kürd ailəsində (evdə kürdcə, kənddə türkcə danışırmış) anadan olandan 23 gün sonra – oktyabrın 29-u Türkiyə Cümhuriyyəti elan olundu.  

Anası Nigar xanım. Atası bağban Sadiq əfəndi. Sadə bir ailədə böyüyən yazıçı haqqında  “Yaşar Kamal kimdir?” sualına türkiyəlilər belə cavab verir: “Türk ədəbiyyatının çinarı”.

Əsl adı Kamal Sadiq Göyçəlidir. “Cümhuriyyət” qəzetində işləməyə başlayanda Yaşar Kamal imzası ilə yazmağa başlayıb.


Həyatı da əsərləri qədər maraqlı və həyəcanlıdır. Aldığı ilk yara beş yaşındaykən məsciddə gözləri önündə atasının öldürülməsidir. Bu ağrı sonralar onun uğurlarla bol həyatına səbəblərdən biri oldu.

Dünya ədəbiyyatında orta və ali təhsili olmayan bir çox yazıçı var. Maddi problemlər üzündən orta məktəbi yarımçıq buraxmış Yaşar Kamal bir müddət müxtəlif işlərdə çalışır. Eyni zamanda “Ölkə”, Millət” və s. qəzet və jurnallarda şeirləri çıxır.

 

Batan günün ardınca

 

Yenə bir gün batmaqda uzaq üfüqlərimdə,

Yenə dəlitək atır qanım damarlarımda.

Həsrətim böyüməkdə qaranlıqla bərabər

Duymaq istəyir qəlbim sevgilidən bir xəbər.

 

Getməyir xəyalımdan gecədən çıxan üzün,

Başımdan çıxmayır o hüznlü gülüşün.

Həsrət üfüqə doğru uzaqlaşan bir gəmi,

Bəlli deyildir yolu, daşıyır bir gizəmi.

 

Səndən ayrı olanda zamanım heç cür keçmir,

Qəlbim uzaqlarımda, səndən başqasın seçmir.

Aramıza qoymusan yollar və dərin dağlar.

Qovuşmayan ürəyim sadəcə sənə ağlar.

Çox pis saz çalardı Yaşar Kamal və çala bilməməsini belə izah edərdi:

“Mənim saz çala bilməməyimin səbəbi var. Anam, aşiq olacağam, diyar-diyar dolaşacağam deyə, saza düşmən olmuşdu. Onun tək uşağıydım. Gözünü üstümdən çəkmirdi. Məktəbdə, toylarda, bayramlarda məni həmişə Aşıq Məcidlə deyişdirirdilər. Bir dəfə Qədirlidə bir qəhvəxanada onunla gecə səhərə qədər deyişdiyim yadıma gəlir”.

Yazıçı gənclik vaxtlarından folklorla maraqlanıb, əsərlərində Anadolu əfsanə və nağıllarından istifadə edib.

İlk hekayəsi “Pis hekayə”, xaricdə nəşr olunan ilk hekayəsi “Körpə”, ilk hekayə kitabı “Sarı isti”, ilk romanı isə “İncə Məmməd”dir.


Yaşar Kamal Nobel mükafatına namizədliyi verilən ilk türk yazıçıdır.

Yazıçının “İncə Məmməd” romanını yazmasına səbəb qaçaq əmisi oğlunun vurulması olub. Yaşar Kamalın öz danışdığına görə, uşaqlığı kürd qaçaq-quldurunun arasında keçib. Hətta Qurtuluş Savaşında tutulan quldurlardan biri də dayısı Rəmzi bəy olub. Rəmzi bəy Kamala “quldurluğun fəlsəfəsi”ndən danışırmış. Bütün bunlar sonradan romanın yaranmasına stimul verib.


Məşhur yazıçının bədii yaradıcılıqla yanaşı, eyni zamanda siyasi fəaliyyəti də var. 17 yaşından siyasətin içində olub. 1961-ci il Konstitusiyasından sonra – 1962-ci ildə “Türkiyə İşçi Partiyası”na qoşulub, 8 il TİP-də işləyib.

1987-ci ildə bir çıxışında Türkiyədə Marksist bir partiyaya ehtiyac olduğunu demişdi. “Necə bir sol modelə istəyirsiniz?” sualına isə belə cavab vermişdi:

“Hər ölkə sosialist modelini özü qurur. Sovetlərin 70 ildir qəlibləşmiş modelini qəbul edə bilmərik. Sosializm yüz faiz azadlıqdır. İnsan azadlığı, ölkə azadlığı, siyasi azadlıq, iqtisadi azadlıq, xüsusilə də, mədəni azadlıq. Sosializmin başqa bir mənası yoxdur mənim üçün. Bu vaxta qədər mədəniyyətlər bir-birini bəsləyiblər, yox etməyiblər. Halbuki çağdaş dövrdə mədəniyyətlər imperialistlər tərəfindən yox edilmək üçün istifadə edilir. Mənim üçün dünya min çiçəkli bir mədəniyyət bağçasıdır. Bir çiçəyin belə yox olmasını dünya üçün böyük bir itki sayıram”.


Sonralar TİP-dən ayrılan yazar buna səbəb kimi partiyanın əhəmiyyətini itirdiyini, zəhmətkeşlərdən ayrılıb bürokratların əlinə keçdiyini göstərmişdi. O, 1993-cü ildə bir çıxışında Sovetlərin dağılmasının sosializmin dağılması demək olmadığını, əksinə, bunun dünyanın zəfəri olduğunu demişdi.

Yaşar Kamal dörd gün əvvəl – fevralın sonuncu günü həyata vida etdi. Onun ölümü Orxan Pamukdan tutmuş Türkan Şoraya, eləcə də sadə oxucularına qədər çox adamı sarsıtdı. 2014-cü ilin oktyabr ayında “Bilgi universiteti”ndə “fəxri doktor” adını almaq üçün təşkil olunan tədbirə səhhətinin pisləşməsi ilə əlaqədar gedə bilməyən Yaşar Kamalın mesajı oxucularına “vəsiyyət” xarakterlidir.

O, göndərdiyi mesajda belə deyib:


“Bir: mənim kitablarımı oxuyan qatil olmasın, müharibə düşməni olsun. İki: insanın insandan sui-istifadəsinə qarşı olsun. Heç kim heç kimi aşağılamasın. Heç kim heç kimi assimilyasiya edə bilməsin. Buna can atan dövlətlərə, hökumətlərə imkan verilməsin.


Kitablarımı oxuyanlar bilsinlər ki, mədəniyyəti yox edənlərin öz mədəniyyətləri, insanlıqları əllərindən uçub gedib.


Mənim kitablarımı oxuyanlar yoxsulların tərəfində olsunlar, yoxsulluq bütün insanlığın utanc yeridir. Mənim kitablarımı oxuyanlar bütün pisliklərdən arınsınlar...” (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar