Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yavər Camalovun baş müşaviri barədə ilginc fakt


Bakı Apelyasiya Məhkəməsində İran xüsusi xidmət orqanlarına əməkdaşlıq etməkdə ittiham olunan Hafiz Vəliyev və Ağamir Ağamirovun işi üzrə proses başlayıb


Prosesə hakim Vaqif Mursaqulov sədrlik edir.

Virtualaz.org saytı xəbər verir ki, H.Vəliyev vətənə xəyanət və narkotik maddələrin əldə edilməsi, satışı maddələri ilə, A.Ağamirov isə vətənə xəyanət və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunur.

Bu ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər ikisinin barəsində ömürlük həbs cəzası çıxarıb. Məhkəmə prosesi qapalı keçirilib.

Day.az saytı Ağamirovun və Vəliyevin barəsində cinayət işinin materiallarından bəzi xülasələri yayıb. Orada deyilir ki, Bərdə sakini Hafiz Vəliyev 2013-cü il, mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında MTN əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən noutbuk və fləş-kart aşkar olunub.

H.Vəliyevə məxsus olan “KİA Sorento” avtomobilində 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu və s. aşkar edilib.

İstintaq müəyyən edib ki, H.Vəliyev 2000-ci ildə “Hacı” ləqəbi ilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. Onu əməkdaşlığa İran vətəndaşı, Bakıda bizneslə məşğul olan və SEPAH zabiti olan Riyazi Bəhmən cəlb edib. H.Vəliyev həmin vaxtlar Bakıdakı müxtəlif sexlərə un məmulatları satırmış. Belə sexlərin birində o, Riyazi Bəhmənlə tanış olub. Bir neçə görüşdən sonra onların arasında yaxın münasibətlər yaranıb. R.Bəhmən ona SEPAH əməkdaşı olduğunu, bizneslə bu fəaliyyətini pərdələmək üçün məşğul olduğunu deyib.

Sonra o, H.Vəliyevə əməkdaşlıq təklif edib, sonuncu bu təkliflə razılaşıb. Onlar birlikdə R.Bəhmənin 28 may küçəsindəki ofisinə gediblər və Hafiz Vəliyev orada İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün yazılı razılıq imzalayıb.

Həmin illər ərzində o, SEPAH zabitinin tapşırığı ilə müxtəlif adamları izləyib, materiallar toplayıb və ötürüb. Hər üç aydan bir “qonorar” alıb.

2003-cü ilin oktyabrında H.Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Ə.Qaffari Bakıya gəlib və H.Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.

İstintaqın gedişində Ağcabədi rayonundan olan Ağamir Ağamirov da Hafizin verdiyi ifadə əsasında həbs edilib. Bildirilir ki, Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Dindirmə zamanı o bildirib ki, H.Vəliyevlə Yasamaldakı çayxanaların birində tanış olub. 2013-cü ilin yanvarında Hafiz ona zəng edərək həmin çayxanada görüşməyi təklif edib. Görüş zamanı Hafiz Ağamirə deyib ki, Bakıda keçirilən müxtəlif dini aksiyalarda İsrail dövləti günahkardır. Hafiz  bildirib ki, belə adamlar, yəni İsrailə işləyənlər vaxtaşırı olaraq Müdafiə Sənayesi Nazirliyində də olur.

H.Vəliyev A.Ağamirovdan Müdafiə Sənayesi Nazirliyində işləyən İsrail vətəndaşlarının pasportlarının surətlərini və fotolarını ona ötürməyi xahiş edib. A.Ağamirov bu məsələdə Hafizə kömək etməyə razılaşıb.

H.Vəliyevlə A.Ağamirovun apelyasiya şikayətinə sabah oktyabrın 3-də baxılmalıdır. Sensasion cinayət işinin digər təfərrüatları barədə məlumat verməyə çalışacağıq.(virtualaz.org)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar