Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə uzun müddətli Rusiya-İran müttəfiqliyi mümkündürmü?


Konfliktoloq: “Rusiyanın Suriyadan kənarda Yaxın Şərqə nüfuz edə bilməsi üçün imkanları çox məhduddur”


İranın nüvə enerjisinə sahib olmasında Rusiyanın rolu güclü olub və gələcəkdə ola bilsin ki, nüvə silahına sahib olmasında Rusiyanın rolu böyük olacaq”.

Bu fikirləri konfliktoloq Elxan Mehdiyev İran parlamentinin sədri Əli Laricaninin İran Rusiya ilə Yaxın Şərqdə strateji müttəfiqlik etməyə hazırdır bəyanatın PİA.AZ-a şərh edərkən deyib.

Qeyd edək ki, Obama hakimiyyəti dövründə gərginləşən ABŞ-Rusiya münasibətlərinin Tramp dövründə necə olacağı, yeni prezidentin İrana qarşı mövqeyinin Yaxın Şərqdə yeni bir böhrana yol açıb-açmayacağı bu gün hər kəsi maraqlandıran əsas suallardandır. Obama dönəmində ABŞ Suriya məsələsində İrana imtiyazlar verərək, Rusiyadan uzaqlaşdırmağa çalışarkən, Suriya əməliyyatına başlayan Rusiya faktiki olaraq İranın əsas Yaxın Şərqdəki əsas müttəfiqinə çevrildi. Hazırda Suriya probleminin həllində İran əsas aktyorlardan biri kimi çıxış edir və bu durumda İrana qarşı sərt mövqeyi ilə seçilən Tramp Adminstrasiyasını təbii ki, məmnun etmir. Hazırda Rusiya-İran münasibətlərində strateji əməkdaşlıq səvissəində yaxınlaşma hiss olunur. Halbuki daha əvvəllər İran Rusiya ilə strateji əməkdaşlığı qətiyyətlə rədd edirdi. Bir neçə gün əvvəl isə İran parlamentinin sədri Əli Laricani bəyan edib ki, İran Rusiya ilə Yaxın Şərqdə strateji müttəfiqlik etməyə hazırdır. Bu bəyanatın altında əslində Yaxın şərqin geosiyasi xəritəsinin artıq dəyişdiyinin isbatı görünməkdədir. Laricaninin işarə etdiyi ittiifaq reallşarsa, Rusiya-İsrail münasibətləri də ciddi maraq doğurmaqdadır. Çünki bu ittifaq baş tutarsa, Rusiya-İsrail münasibətlərinin düşmən münasibətlərinə çevrilməsi ehtimalı böyükdür.

Rusiya-İran yaxınlaşmasını necə dəyərləndirmək olar və Yaxın Şərqdə uzun müddətli Rusiya-İran müttəfiqliyi mümkündürmü, yoxsa bu bəyanat daha çox İrana qarşı radikal mövqeyini artıran Tramp adminstrasiyasında qıcıq və təlaş yaratmaq üçün verilib? Rusiyanın İranla münasibətlərinin müttəfiqlik halına gəlməsi Rusiya-İsrail münasibətlərini düşmən münasibıtlərinə çevirə bilərmi və Rusiyada əsasən  ziyalı elitadan və iş adamlarlndan təşkil olunan  güclü yəhudi lobbisi bu halda Putinə qarşı açıq müxalifətə keçə bilərmi? Ümumiyyətlə Laricaninin işarə etdiyi ittiifaq reallşarsa, Türkiyənin bu ittifaqda yer alması nə qədər mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı konfliktoloq Elxan Mehdiyevə müraciət edib.

Image result for elxan mehdiyev pia.az

Elxan Mehdiyev: “Türkiyənin belə bir ittifaqda olması onun NATO qarşısındakı öhdəliklərinə zidd olar”.


Konfliktoloq qeyd edib ki, Rusiya ilə İran arasında son 200 ildə müxtəlif məsələlərə görə müəyyən yaxınlaşma yaşanıb. Məsələn Rusiyaİran əvvələr Osmanlı dövlətinə qarşı sonra İngilislərə, ABŞ-a və yenidən ABŞ-a qarşı bir ittifaq formasında birləşiblər. Yəni bu iki ölkə arasında tam ittifaq olmasa da, ənənəvi olaraq geosiyasi məsələlərdə bir eyni baxış movcudddur:

“Laricaninin bəyanatını bilavasitə Tramp Admistrasiyasının İrana qarşı ritorikası ilə ilə bağlamaq düzgün olmaz. Çünki son 200 ildə Rusiya ilə İran arasında müəyyən geosiyasi məsələlərlə bağlı kordinasiya olub və bu bu gündə var. Ümumiyyətlə Sovetlər dağılandan sonra Rusiya-İran münasibətləri  başqa forma aldı. Hər iki ölkə daha çox strateji əməkdaşlığa dayanan siyasət yürütməyə başladılar. İndiki dövürdə də İranın nüvə proqramının həyata keçirilməsində Rusiyanın böyük rolu var. Yəni İranın nüvə enerjisinə sahib olmasında Rusiyanın rolu güclü olub və gələcəkdə ola bilsin ki, nüvə silahına sahib olmasında Rusiyanın rolu böyük olacaq. Ümumiyyətlə ABŞ-ın dünya hökmranlığına qarşı həmişə İranRusiyanın birgə maraqları olub. 

Bu baxımdan Suriyada məsələsində də gördüyümüz kimi Rusiya ilə İran arasında əməkdaşlıq olub və bu əməkdaşlıq indi də davam etdirilir və deyim ki, Türkiyənin sonradan qoşulduğu bu əməkdaşliq strateji əhəmiyyət daşıyır. Ona görə də mən düşünürəm ki, İran parlamentinin sədri Əli Laricaninin fikirləri daha çox Suriya ilə bağlıdır. Çünki Yaxın Şərqdə İsrail-Ərəb problemlərinin həllində Rusiyanın, ya da İranın elə də böyük rolu yoxdur. Bildiyimiz kimi İsrail İranı bir nömrəli düşməni hesab edir və qarşılıqlı olaraq İran da İsraili özünün barışmaz düşməni kimi qəbul edir. Bu baxımdan İranın və Rusiyanın ərəb-yəhudi qarşıdurmasının həllində iştirakı mümkün deyil. Rusiya isə daha çox bu məsələdə Fələstin Adminstrasiyası ilə əməkdaşlıq edir. Lakin bu məsələdə İsrailə təsir gücü yoxdur. Körfəz ölkələrində milli sosialist diktatauralarının qurulmasında Sovet İttifaqının böyük rolu olmuşdu, amma indi həmin diktatura dövlətləri ortadan qalxıb. Yəni Rusiyanın Suriyadan kənarda Yaxın Şərqə nüfuz edə bilməsi üçün imkanları çox məhduddur. Bu baxımdan mən hesab edirəm ki, İran parlamentarinin sədrinin strateji əməkdaşlıq barədə dediyi fikirlər daha çox Suriya  üzərində qurulub.

Elxan Mehdiyev: “Rusiya ilə İran arasında İsrailin təhlükəsizliyinə zərbə vura biləcək məsələləri TəlƏviv önə çıxardır və bu problemi həmişə asanlıqla həll edir”.


Düzdür, Rusiyada əsasən ziyalı elitadan və iş adamlarından təşkil olunan güclü yəhudi lobbisi var. Amma bu lobbini Rusiyanın xarici siyasətində önəmli rol oynadığını demək mümkün deyil. Məsələn ABŞ-da bu cür yəhidi lobbilərin siyasi nüfuzu çox böyükdür. Çünki onlar təşkilatlanmış formada hərəkət edirlər. Rusiyada isə ABŞ kimi demokratik sistem olmadığına görə, belə bir struklaşdırılmış lobbiçi qrupların olduğunun şahidi olmamışıq. Amma onu da bilirik ki, Rusiya ilə İran arasında son 200 ildə müxtəlif məsələlərə görə müəyyən yaxınlaşma yaşanıb. Məsələn Rusiyaİran əvvələr Osmanlı dövlətinə qarşı sonra İngilislərə, ABŞ-a və yenidən ABŞ-a qarşı bir ittifaq formasında birləşiblər. Yəni bu iki ölkə arasında tam ittifaq olmasa da amma müəyyən bir eyni baxış var. 

Bu baxımdan İsrail də yaxşı bilir ki, İranla-Rusiya arasındakı münasibətlərin çərçivəsi nədir və mən hesab etmirəm ki, Rusiyaİranın yaxınlaşmasından İsrail ciddi narahat deyil. Zaman-zaman da onları qayğılandıran məsələ ilə bağlı tez müdaxilə edirlər və Rusiya ilə asanlıqla anlaşmağa nail olurlar. Yəni vəziyyət dəyişdikcə, aparılan siyasət də dəyişir. Rusiya ilə İran arasında İsrailin təhlükəsizliyinə zərbə vura biləcək məsələləri TəlƏviv önə çıxardır və bu problemi həmişə asanlıqla həll edir. Amma onu da qeyd edim ki, bu siyasi yaxınlaşma həmişə olub və bunu adi hal kimi qəbul edirlər. Yəni bu siyasi yaxınlaşma yeni hal deyil. 

Türkiyəyə gəldikdə isə, indiki Ərdoğan dönəmində Türkiyə xarici siyasətində bir xaos yaşanır. Amma yaddan çıxarmaq olmaz ki, Türkiyə NATO ölkəsidir. Buna görə də Türkiyənin belə bir ittifaqda olması onun NATO qarşısındakı öhdəliklərinə zidd olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar