Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə “Böyük Kürdüstan” projesi reallaşır


İŞİD-in İraq və Suriyadakı terror aktları kürd dövlətinin yaranmasına tarixi şans qazandırıb; Rasim Musabəyov və Fəzail İbrahimli regiondakı prosesləri şərh etdilər...


İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşması bütün Yaxın Şərqi qorxu altında saxlamaqda davam edir. Rəsmi Bağdad ona qarşı qətiyyətli mübarizə apara bilmir. Bu fürsətdən yararlanan İraq kürdlərinin lideri Məsud Bərzani Kürdüstanın müstəqil dövlət elan olunması üçün qollarını çırmalayıb. 

İndi əslində nə referenduma, nə Bağdad hökumətinin baş naziri Nuri Əl Maliki ilə qarşıdurmaya ehtiyac qalıb. Bərzani İŞİD silahlılarının zülmündən bu şəhərləri xilas etmək adı ilə əsasən türkmənlərin yaşadığı bölgələri Kürdüstanın gözünə qatmağa çalışır. 
Yaxın Şərqin coğrafiyasında dəyişiklik üçün proses getdiyi, xəritədə Kürdüstan dövlətinin yarandığı müşahidə olunur. Bir ucu Türkiyə, bir başı Suriya, bir ayağı da İraqda olan kürd dövləti dünya güclərinin tarixi arzularıdır. Xüsusilə Amerikanın Kürdüstan dövlətinin yaranışında rolu və marağı böyükdür. 

Bu proses hələ keçən əsrin ikinci yarısından etibarən Vaşinqtonun Yaxın Şərq siyasətinin bir fraqmenti kimi start götürüb. İraqın işğalından sonra bu plan müəyyən transformasiyalara məruz qaldı. Lakin Misir və Suriya hadisələrinin yaratdığı geosiyasi mənzərə ideyanı Vaşinqton üçün yenidən aktuallaşdırıb. ABŞ öz geosiyasi marağını təmin etmək üçün yeni böyük oyun qurub. Bura Misir, Suriya, İraq, İran və Türkiyə də daxil edilib. Son məqsəd “Böyük Kürdüstan” yaratmaq, şiə və sünnilər arasında nifaqı gücləndirib müsəlman dövlətləri arasında uzunmüddətli savaşa təkan verməkdir.
Lakin politoloq Rasim Musabəyov düşünmür ki, Qərb istədiyi kimi prosesləri idarə edə bilir. Onun sözlərinə görə, Amerikanın “dirijor çubuğu” ilə bütün dünyanı fırlatması şişirdilmiş fikirdir. R.Musabəyov həmçinin Kürdüstan dövlətinin yaranması üçün bütün imkanların açıldığı qənaətində də deyil.

“Vaxtilə İraqda süni dövlət yaradılmışdı. Osmanlı imperiyasının süqutundan sonra Böyük Britaniya və Fransa koloniyalarını yaratmağa başladılar. Suriya və Livan Fransanın, İraq ingilislərin əlaltısına çevrilmişdi. 

Bu ölkənin bir hissəsində şiə ərəbləri, bir hissəsində kürdlər, böyük hissəsində bizə yaxın olan türkmənlər vardı. Yalnız diktatorun hesabına vahid dövlət saxlamaq olardı. İndi İraq parçalanırsa, onu saxlamaq mümkün deyil. Kürdüstan dövləti yarana bilər. Ancaq hələlik Amerika İraqı vahid dövlət kimi saxlamağa çağırır və tələsmir", - deyə siyasi şərhçi prosesləri belə təhlil edir. 

R.Musabəyov Qərbin Yaxın Şərqdə “Böyük Kürdüstan” projesinin tarixi bir hədəf olması fikrini şişirdilmiş ideya kimi qiymətləndirir: “İndi İraqda anti-Amerika qüvvələri fəaliyyət göstərir. Bu ölkəni parçalamaq elə də asan deyil. Ona görə də bütün baş verənləri Amerikaya bağlamayaq”. 

Deputat, tarixçi-alim Fəzail İbrahimlinin sözlərinə görə, Amerikanın proseslərə özünəməxsus baxışı var: “İkinci Dünya müharibəsindən sonra Amerikanın strateji siyasi kursu Yaxın Şərq, Orta Asiya, Balkanlar və Qafqaza yönəlmişdi. Bu regionların nəzarətə götürülməsi İranın Amerikanın ağuşuna düşməsi demək idi”. Tarixçi-alimin fikrincə, bu gün Yaxın Şərqdə baş verən proseslər və Amerikanın yürütdüyü strateji plan məhz həmin dövrün tərkib hissəsidir. 

F.İbrahimli hesab edir ki, siyasi strateji kurs müəyyən qədər yaddaşlarda qalır: “Mən bir haşiyə çıxaraq qeyd edim ki, Valentin Tikov ”Favorit" əsərində yazır ki, Patyomkin II Yekaterinaya erməni dövlətinin olacağını, onların paytaxtı da olacağını söyləyib. Yekaterina buna inanmayıb. İndi Patyomkinin bu sözünün üstündən 200 il keçəndən sonra ADR dövründə İrəvan Ermənistana verildi ki, paytaxt olsun. Yəni nəsillər dəyişir, siyasi strategiya dəyişmək bilmir. Bu gün də Amerikanın Yaxın Şərq siyasətində strateji gedişi dəyişməyib". 

F.İbrahimli qeyd edir ki, Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir və bunun üçün münəccimlik etməyə gərək yoxdur: “Biz deyə bilmərik ki, bu regionun gələcəyi necə olacaq. Sadəcə, tarixçi kimi söyləyə bilərəm, Amerika bu strateji siyasi kursunu davam etdirir. Amma əvvəl daha hikkəli, əsəbi şəkildə hücuma keçdi. İraqa hücum beynəlxalq normaları pozdu, BMT-nin qərarı olmadığı üçün bu qurum gözdən düşdü, Səddamın kimyəvi silahları tapılmadı. Bugünkü siyasət ona yönəlib ki, İraqda nə qədər ərəb, müsəlman ölürsə ölsün, vətəndaş qarşıdurması olsun. Obama ”nə əldən qoyur, nə yardan doyur". 

Səddam Hüseyndən sonra zəmanət verə bilmədilər ki, İraq necə olacaq. Amerika terroru bəhanə edir ki, Yaxın Şərqə girsin. Liviya kimi qüdrətli lideri və güclü iqtisadiyyatı olan ölkədə xalqı qaldıra bilmədilər. Əvəzində Liviyanı bombalamağa başladılar. Suriyada da dünyanın bir dövləti Əsədi, digəri ona qarşı çıxanları silahlandırır. Yaxın Şərqdə bu şəraitdən istifadə edərək kürd dövlətini yaratmaq istəyi ortaya çıxıb. Necə ki, erməni dövləti yaratdılar, indi də kürd dövləti. Türkiyənin də kürd dövlətinin yaranmasında mövqeyi əvvəlki kimi deyil. Onların mövqeyi “məndən keçib qardaşıma dəysin” prinsipidir. Bu da siyasətdə başadüşüləndir. Türkiyə başqa ölkənin ərazisində kürd dövlətinin yaranmasında əvvəlki mövqeyini nümayiş etdirmir. Son olaraq deyim ki, Tanrı Azərbaycanı bu proseslərdən qorusun".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar