Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudi analitik 2013-dəki gizli ABŞ-İran görüşündən yazdı


Obamaya acı suallar


Obama niyə İrana dəymədi?

Mən beş mülahizəmi təqdim etməyə və ABŞ prezidentinin bütövlükdə Yaxın Şərqə və xüsusən də İrana münasibətdə siyasətinin əsaslarını anlamağa çalışacağam.

Birinci mülahizə. Prezident vəzifəyə başlayandan dərhal sonra Yaxın Şərqdəki Fələstin-İsrail münaqişəsinin həllini özünün ən başlıca vəzifəsi adlandırdı. Prezident bu zəmindən çıxış edirdi ki, bu addım bölgədə sabitliyi möhkəmləndirməyə xidmət edər və Səudiyyə Ərəbistanı başda olmaqla İsrailin “mötədil” ərəb dövlətləri ilə İran təhlükəsinə qarşı birləşməsinə səbəb olar.   

Buradan sadə bir sual ortalığa çıxır: İsraili bu ittifaqa qoşmadan mötədil ərəb ölkələrini bir alyansa gətirməkdə prezident Obamaya nə mane olur? İsrail onun nəyinə lazımdır? ABŞ indiyədək bu cür ittifaqın yaradılmsına niyə qüvvə sərf etməyib? Niyə Vaşinqton bütün bunların əvəzinə əsasən Yerusəlimin Xar Xoma məhəlləsindəki inşaatla maraqlanır?

İkinci mülahizə. 2009-cu ilin yayında İranda prezident seçkiləri oldu və Mahmud Əhmədinejad qalib elan edildi. Ölkədə “Yaşıl inqilab” deyilən  iğtişaşlar qopdu. Etiraz aksiyaları ayətullah hökuməti üçün təhlükə yaratdı və sanki İranda rejimin dəyişilməsi gerçəkliyə çevrilirdi. Ayətullahlar yürüşün amansız şəkildə boğulması ilə cavab verdilər. İran yürüşçüləri də mədəni dünyanın təmsilçiləri kimi Obama administrasiyasından qeydsiz-şərtsiz dəstək və hakimiyyətin qəti şəkildə ittiham ediləcəyini gözləyirdilər. Lakin Obama susdu, yürüşçüləri darmadağın etdilər, inqilab baş tutmadı. Obama niyə susurdu?

Üçüncü mülahizə. İran Suriya rejiminin qorunub saxlanmasını özünün ən yüksək milli marağı hesab edir. Bu rejim İran nüfuzunun güclənməsinə və Livandakı “Hizbullah” qruplaşması ilə əlaqələrə xidmət edir. Prezident Obama dinc əhaliyə qarşı kimyəvi silah işlətmiş Əsəd rejiminə qarşı 2013-cü ilin yayında zora əl atmamağı qət etdi. Obama bunun əvəzində Rusiyanın Suriyanı kimyəvi silahdan məhrum etmək təklifini qəbul etdi. Nəticədə Əsəd nəinki təkcə öz yerində qaldı, həm də öz xalqını konvensional silahla məhv etməyə davam hüququ əldə etdi, ABŞ isə, faktiki olaraq, onun sözsüz istefa verməsi tələbini dayandırdı. Qəzada həlak olan hər bir körpəyə görə göz yaşı axıdan Obama niyə özünü bu cür apardı?

Dördüncü mülahizə. İranın nüvə proqramına nisbətdə Obama siyasəti üç məqamla səciyyələnir: Avropa Birliyinin daha sərt mövqeyi ilə müqayisədə iqtisadi sanksiyaların sərtləşdirilməsində qətiyyətsizlik, İranın nüvə obyektlərinə İsrailin mümkün hücumu qarşısında əsil vahimə və bu hücumu önləmək üçün qızğın səylər, həmçinin “heç bir təsir üsulu istisna olunmur” sözləri ilə kifayətlənməklə İrana qarşı qüvvə tətbiq imkanları haqda açıqlamalardan aşkarca yayınmaq. Nyə?

Beşinci mülahizə. Amerika hökuməti 2013-cü ilin martında Əhmədinejad administrasiyasının təmsilçiləri ilə gizli görüş keçirtdi (“istəkli” Ruhani yalnız 2013-cü ili avqustunda prezident oldu). Bu görüş İsrail də daxil olmaqla bütün müttəfiqlərdən ciddi şəkildə gizli saxlandı. Niyə?

Bu suallara cavablar çoxdur və hamısı da mürəkkəbdir. Lakin mən diqqəti bir mümkün izahata yönəltmək istəyirəm: Obama administrasiyası İranın güclənməsinə ümid edir. Bölgənin yüksələn dövləti Yaxın Şərqdə sabitləşdirici amil kimi ABŞ-a resursları azad edib daha ciddi bir məsələ - Çinlə məşğul olmağa imkan verər. Bunun nəticələri çoxdur, başlıcası isə İranla tələsik nüvə sazişi bağlayıb onu öz müttəfiqinə çevirməyə sərsəm cəhddir.

Amos Gilboa

"Maariv" (İsrail) 07.05.2015

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar