Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenə Hacı İbrahim, yenə borc davası...


“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta" konserni Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib


ASC borcun qaytarılması barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır. İddiaya 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Avesta” konserninin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta” konserni çoxmərtəbəli yaşayış binaların və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən “Bakı Mexanikləşdirmə” şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir ("Report").

Xatırladaq ki, "Beynəlxalq Bank işi"ndə əsas fiqurantlardan biri olan iş adamı son vaxtlar ciddi maliyyə sıxıntısı içindədir. Onun digər şirkətlərə, banklara və fiziki şəxslərə də külli miqdarda borcu var. Hacı İbrahimin borclarının məcmu məbləği yarım milyard manata çatır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar