Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni başçının təqdimatından sabiq başçını qovdular


Bir neçə gün öncə Ağdamda çox maraqlı hadisə yaşanıb


Yeni icra başçısı Raqib Məmmədov ağdamlılara təqdim olunarkən qarşıdurma yaranıb. 

Həmin tədbir iştirakçılarının birinin Modern.az saytına verdiyi məlumata görə, buna səbəb rayonun sabiq icra başçısı Həsən Sarıyev olub.   

Təqdimat mərasimi zamanı zala daxil olan Həsən Sarıyev yıxılıb. Musavat.com-un məlumatına görə, bu zaman onun qolundan tutub qaldırıblar və o ön sırada oturaraq dinməz-söyləməz şəkildə iclasda iştirak edib.

 Ancaq Bakıdan gələn nümayəndələr onu tanıyıblar və elə hesab ediblər ki, sabiq başçının toplantıda iştirak etməsi təxribat xarakterlidir və onun qarşıdurma yaratmaq məqsədi var. Onlar Sarıyevdən zalı tərk etməyi tələb ediblər. Sabiq başçı əvvəlcə müqavimət göstərmək istəsə də, tələbə əməl etməyəcəyi təqdirdə polis tərəfindən həbs ediləcəyi barədə xəbərdarlıq alan kimi durub zalı tərk edib.    

Qeyd edək ki, uzun illər Ağdama Həsən Sarıyev rəhbərlik edib. 

Ondan sonra isə bu vəzifəyə Nizami Sadıqov təyin edilmişdi.

Prezidentin növbəti sərəncamı ilə bir neçə gün öncə Nizami Sadıqov da tutduğu vəzifədən kənarlaşdırılb və Raqib Məmmədov rayonun yeni başçısı təyin edilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar