Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni geopolitik üçbucağın yaranması Rusiyada necə qarşılanacaq?


Politoloq: “Azərbaycan-Türkiyə-Ukrayna əməkdaşlığı Rusiyaya qarşı yönəlməyibr”


Azərbaycan-İsrail əməkdaşlığı İrana qarşı yönəlmədiyi kimi, Azərbaycan-Ukrayna əməkdaşlığı da Rusiyaya qarşı yönəlməyib. Həmçinin Azərbaycan-Rusiya əməkdaşlığı Ukraynaya qarşı yönəlməyib. Azərabyacan hər zaman milli və təhlükəsizlik maraqlarını əsas götürür”.

Bu sözləri Qərbi Kaspi Universitetində Tətbiqi Politoligiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Türkiyə-Ukrayna prezidentlərinin sammitinin keçirilməsi ilə bağlı yayılan xəbərləri PİA.AZ-a şərh edərkən qeyd edib.

Azərbaycan-Türkiyə-Ukrayna arasında yeni geopolitik üçbucaq yara bilər. Xatırladaq ki, bu barədə Ukrayna xarici İşlər nazirinin müavini Vasili Bondar məlumat verib. Vasili Bondar bildirib ki, hazırda Azırbaycan, Türkiyə və Ukrayna prezidentlərinin Bakıda sammitinin keçirilməsi üçün danışıqları aparılır. Ukrayna diplomatı həmçinin onu da qeyd edib ki, Kiyev Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfərini səbirsizliklə gözləyir. Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan prezidentinin apreldə nəzərdə tutulan Ukrayna səfəri yayın əvvəlinə ertələnib. 

Nazir müavini onu da qeyd edib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır. Bu il ərzində isə Bakıda Azərbaycan-Türkiyə-Ukrayna prezidentlərinin sammiti baş tuta bilər. Məlumata görə bu görüşdə geostrateji layihələr müzakirə olunacaq və yeni geopolitik üçbucaq yaradılacaq. 

Azərbaycan-Türkiyə-Ukrayna arasında geostrateji layihələrin həyata keçirilməsi regionda hansı yeni situasiyaların yaranmasına səbəb ola bilər və daha əvvəl Azərbaycan-Rusiya-İran arasında razılaşdırılan geostrateji Şimal-Cənub layihəsi barədə Azərbaycan-Türkiyə-Ukrayna əməkdaşlığı fonunda nə demək mümkündür?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Qərbi Kaspi Universitetində Tətbiqi Politoligiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirlərini öyrənib. 



Elxan Şahinoğlu: “Azərbaycanla Türkiyə arasında böyük regional layihələrə Ukrayna da qoşula bilər”.


Azərbaycanın bölgədə balanslaşdırılmış xarici siyasət yürütdüyünü və heç bir ölkənin maraqları əleyhinə çıxış etmədiyini vurğulayan politoloq Elxan Şahinoğlu PİA.AZ-a açıqlamasında qeyd edib ki, Rusiyaİranla əməkdaşlıq Azərbaycan Rusiyaİranın maraqlarına uyğundursa, Azərbaycan-Türkiyə-Ukrayna əməkdaşlığı da hər üç dövlətin xeyrinədir:

“Əvvəla onu qeyd edim ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Həmçinin Ukrayna da Azərbaycanın strateji tərəfdaşıdır. Buna görə də Azərbaycan-Türkiyə-Ukrayna münasibətlərini inkişaf etdirmək hər bir dövlətin xeyrinədir. Üçtərəfli əməkdaşlıq forması da indiki zamanın tələblərinə cavab verir. Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında böyük regional layihələr, yəni qaz, neft layihələri  həyata keçirilir. 

Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında böyük regional layihələrə Ukrayna da qoşula bilər. Ukraynanın da enerji qaynaqlarına ehtiyacı var və Ukrayna  Azərbaycan və Türkiyə üzərindən bu enerji qaynaqların ala bilər. Çünki indi Rusiya ilə Ukrayna arasındakı münasibətlər gərgindir. Buna görə də Ukrayna Rusiyadan qaz ala bilmir. Amma gələcəkdə Azərbaycanın Avropaya uzandığı boru xətti ilə satacağı qazdan Ukrayna da istifadə edə bilər. Həmçinin Ukraynanın Azərbaycanla problemləri də oxşardır. Çünki hər iki ölkə seperatçılıqla üzləşir. Bu istiqamətdə də əməkdaşlığın genişlənməsi mümkündür ki, Türkiyə də hər iki ölkəyə dəstəyin artıra bilər.

Elxan Şahinoğlu: “Ola bilər ki, Rusiyada hansısa mərkəzlər Azərbaycan-Ukrayna əməkdaşlığının əleyhinə çıxsın”.


Azərbaycan bölgədə balanslaşdırılmış xarici siyasət yürüdür və heç bir ölkənin maraqları əleyhinə çıxış etmir. Rusiyaİranla əməkdaşlıq Azərbaycan Rusiyaİranın maraqlarına uyğundursa, Azərbaycan-Türkiyə-Ukrayna əməkdaşlığı da hər üç dövlətin xeyrinədir. Çünki Azərbaycan-Ukrayna əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib. Ukrayna ilə Rusiyanın münasibətləri nə qədər gərgin olsa da, bu əməkdaşlığın ona aidiyyatı yoxdur. Azərbaycan-Ukrayna əməkdaşlığı sırf iqtisadi səmərə baxımından hər iki ölkəyə xeyirlidir. 

Qeyd edim ki, seperatçılıqla mübarizə məsələsində hər iki dövlət bir-birinə dəstək verir və hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin Azərbaycan GUAM-da da Ukrayna ilə tərəfdaşdır. Yəni Azərbaycan-Türkiyə-Ukrayna əməkdaşlığında böyük problemin yaşanacağına inanmıram. 

Ola bilər ki, Rusiyada hansısa mərkəzlər Azərbaycan-Ukrayna əməkdaşlığının əleyhinə çıxsın. Amma bütövlükdə Azərbaycan hansısa ölkə ilə əməkdaşlıqda heç bir ölkənin maraqları əleyhinə deyil. Məsələn Azərbaycan-İsrail əməkdaşlığı İrana qarşı yönəlmədiyi kimi, Azərbaycan-Ukrayna əməkdaşlığı da Rusiyaya qarşı yönəlməyib. Həmçinin Azərbaycan-Rusiya əməkdaşlığı Ukraynaya qarşı yönəlməyib. Azərabyacan hər zaman milli və təhlükəsizlik maraqlarını əsas götürür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar