Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni sayt açılır - Gunpress.az


Həftənin üçüncü günündən Azərbaycanın internet mediasına yeni sayrt daxil olur


Belə ki, uzun illər “Reytinq” qəzetində və mia.az saytında çalışan peşəkar jurnalist Zaur Əhməd “Gunpress.az” saytı təsis edib. 

Sayt bolluğunda yeni bir saytın meydana gəlməsi hansı zərurətdən yarandı sualına cavabında Zaur Əhməd bildirdi ki, sayt bolluğu olsa da, əslində, bu sahədə ciddi boşluq var:  “Təsəvvür edin, bu gün Azərbaycanda 40 min jurnalistin olduğu və 8 mindən də çox qəzetin qeydiyyatdan keçdiyi söylənilir. Amma reallıqda bir peşəkar kollektiv formalaşdırmaq üçün kadr qıtlığı var. Çünki 40 min jurnalistin 39 mini sadəcə olaraq reketdir. Eləcə də saytları götürsək, bu gün Azərbaycanda 4-5 peşəkar sayt var. Yerdə qalanlar isə reket qəzetçiliyin elektron variantını yaradanlardır. Buna görə meydanda ciddi boşluq var və bu boşluğa biz iddialıyıq”. 

Zaur Əhmədin sözlərinə görə, sayt 3 istiqamətdə fəaliyyət göstərəcək. 1. araşdırma, 2. analitika. 3. xəbər. 
Zaur Əhməd onu da vurğulayıb ki, bu gün araşdırma jurnalistikası yox həddindədir. “Saytın əsas vəzifələrindən biri məhz bu sahəyə üstünlük vermək olacaq. Digər tərəfdən, bu gün siyasi tərəf tutmayacaq “Gunpress.az” saytı tək hadisədən xəbər axtarmayacaq, həm də mediada hadisə yaratmaq iddiasında olacaq. Hazırda peşəkar komanda formalaşdırmışam və fəaliyyətə başlayanda bu imzaları özünüzdə görəcəksiniz. Məqsədimiz 3 ay ərzində peşəkar informasiya daşıycısı rolunu üzərimizə götürməkdir. Yaxın günlərdə fəaliyyətimizlə bağlı daha geniş açıqlama verəcəyik” – deyə Z.Əhməd əlavə edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar