Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni “qaz savaşı”nın fitili çəkildi


Yeni “qaz savaşı”nın fitili çəkildi – Azərbaycan da, Ermənistan da oyunda


Putinin İranda erməni qaz kəmərini də müzakirə etdiyi iddiası var; Rusiya xarici işlər nazirinin bu gün başlayan Türkiyə səfəri təkcə Suriya böhranı ilə bağlı deyil... 

İranda qaz OPEC-i ölkələrinin sammiti davam edir. Sammit çərçivəsində diqqətdə saxlanılan mövzulardan biri də məlumatlara görə, beynəlxalq sanksiyalardan qurtulan İranın nəhəng qaz ehtiyatlarının Avropaya mümkün nəqli marşrutları ilə bağlıdır.

Hələ sammit ərəfəsində ölkənin neft naziri Bican Namdar Zəncani bəyan eləmişdi ki, Tehran Avropaya yönəlik ixrac qaz kəməri marşrutlarına malik deyil və bu yöndə Türkiyə və başqa ölkələrlə intensiv danışıqlar aparır. Nazir “başqa ölkələr” deyərkən ad çəkməmişdi. Tranzit ölkələri arasında isə Ermənistanın və Gürcüstanın da adı hallanır.

Artıq bəllidir ki, rəsmi Tiflisİran qazına maraq göstərir. Bununla bağlı Gürcüstan hökumətinin açıqlamalarında qaz kəmərinin Ermənistandan keçə biləcəyinə də işarə vurulub. Məsələ ortaya çıxan kimi Ermənistan prezidenti Serj Sərkisyanın təcili Tiflisə səfər etməsi, ondan az sonra Azərbaycan prezidenti İlham Əliyevin də qonşu ölkəni ziyarət eləməsi bir sıra təhlilçilər tərəfindən həm də qaz mövzusu ilə əlaqələndirilmişdi - baxmayaraq ki, bu xüsusda nə Əliyevin, nə də Sərkisyanın səfərlərinin yekununda heç bir rəsmi açıqlama səslənmədi. 

Diqqəti çəkən həmçinin hər iki prezidentin Gürcüstan hökumətinin ideoloqu və “boz kardinalı” sayılan, sabiq baş nazir və milyarder Bidzina İvanişvili ilə də bir araya gəlməsi oldu. Lakin İran qazının Ermənistan vasitəsilə Gürcüstana nəqlində Rusiyanın (“Qazprom”un) razılığı tələb olunur, çünki belə bir kəmər satellit Ermənistanın Moskvadan energetik asılılığını azaltmaqla yanaşı, rəsmi Tehranın Güney Qafqaza, İrəvana və Tiflisə təsir imkanlarını artıra bilər. Odur ki, Kremlin bu perspektivi önləmək üçün hərəkətə keçdiyi istisna olunmur.

İran mənbələrinin iddiasına görə, Rusiya prezidenti Tehranda İran tərəfi ilə bu yöndə də danışıqlar aparıb. İddia olunur ki, Putin Rusiyadan İrana mübadilə qazının Azərbaycan vasitəsilə çatdırılması barədə danışıb. Bundan qabaq isə məlumatlar yayılmışdı ki, Rusiya mübadilə qazının Gürcüstan və Ermənistan vasitəsilə İrana çatdırılmasını təklif edib...




***** 
Aydındır ki, İran öz qazını hansısa  yolla, daha doğrusu, sərfəli və təhlükəsiz marşrutla Avropa bazarına çıxarmağa çalışır. Bundan ötrü iki marşrut mövcuddur - Türkiyə və Ermənistandan keçməklə, Gürcüstan variantı. Bəzi informasiyalara əsasən, Türkiyə tərəfi bundan ötrü İrandan kifayət qədər yüksək maliyyə və siyasi stavka tələb edir. Ermənistan və Gürcüstan marşrutuna isə Rusiya əngəl yaradır.

İstənilən halda məsələ hansısa şəkildə həllini tapmalıdır. Hansı şəkildə? “Putin Tehranda İran rəsmiləri ilə erməni borusunu da müzakirə edibmi, hansı boru xətti ki, məhz elə ”Qazprom"a məxsusdur", - deyə aparıcı erməni nəşrlərindən olan lragir.am sual edib. Nəşrin yazdığına görə, “Kreml başçısı Ruhaniyə bu yöndə sərfəli təklif edə bilər, çünki Rusiya da öz qazını hansısa yolla satmalıdır - hansı qazdan ki, Avropa imtina edir. Putin isə bu qazı İrandan (mübadilə) və Türkiyədən savayı heç kimə satmaq imkanlında deyil”.




Yeri gəlmişkən, İranın neft naziri onu da bəyan eləmişdi ki, ölkəsi Avropa bazarında Rusiya bazarına sahib çıxmağa hazırlaşmır. Lakin İran Rusiya üçün Suriya məsələsində nə qədər önəmli tərəfdaş və sərfəli silah alıcısı olsa da, fakt budur ki, qaz bazarlarında onlar rəqibdir və Tehran istər-istəməz Türkiyə ilə, Avropa Birliyi ölkələri ilə isti münasibətlər saxlamaq zorundadır. Nədən ki, təbii qazın əsas alıcısı, ödəyicisi Avropadır, Rusiya yox. 

Sanksiyalardan təzəcə qurtulan İran büdcəsində isə neft-qaz dollarları mühüm yer tutur. Elə Rusiyadan müasir silah-sursatın da, zenit-raket komplekslərinin də pulunu ödəmək üçün yenə ABŞ dollarlarına ehtiyac var. Bu mənada nə qədər təzadlı  görünsə belə, Moskva əslində Tehranın varlanmasında da maraqlıdır ki, öz bahalı hərbi məhsullarını ona satıb gözlənilən iqtisadi tənəzzüldən maksimum yayına bilsin.

*****   

O ki qaldı Rusiyanın ikinci qaz alıcısı və iqtisadi tərəfdaşı Türkiyəyə, hazırda bu iki ölkə arasında münasibətlər Suriya böhranına görə heç də isti dönəmini yaşamır. Ankaranın Moskvaya qısa müddətdə ikinci nota təqdim eləməsi və Rusiya ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısını tələb etməsi, dünən isə Türkiyə-Suriya sərhədində, türkmənlər yaşayan ərazidə rus qırıcısının vurulması münasibətləri daha da gərginləşdirib. 




Şübhəsiz ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Türkiyəyə başlayacaq səfərində bu və digər məsələlərə xüsusi önəm ayrılacaq. Erməni nəşri isə bununla bağlı başqa bir maraqlı detala toxunub. 

Sitat: “Maraqlıdır, görəsən Moskva Ankaraya bu dəfə ”yem" (güzəşt-red.) kimi nə təqdim edəcək. Güman eləmək olar ki, bu, yenə də Ermənistanın maraqları ilə bağlı olacaq".

Yəni söhbət Dağlıq Qarabağ məsələsindən də gedə bilər, “Türk axını” və ya İran qazının nəqli marşrutlarında güzəştlərdən də. Bir şey dəqiqdir ki, şimal qonşumuza indi nə İranı, nə də ələlxüsus Türkiyəni incitmək, özündən uzaqlaşdırmaq istəmir. Türkiyənin isə Rusiya ilə üstəlik, “Türk axını” kimi ortaq, fəqət hələlik düyünə düşən qaz layihəsi birləşdirir.
Beləcə, OPEC qaz sammiti bölgədə yeni “qaz savaşı”nın fitilini çəkmiş kimi görünür. Oyunda isə indi işğalçı Ermənistan da daxil, hamı var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar