Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi sərxoş qadın sürücülərin adını niyə açıqlamır?


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin son reydləri zamanı paytaxtda 10 sərxoş qadın sürücü saxlanılıb


Onların bəzilərinin müvafiq sənədləri qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlər olub.

İdarənin bölmə rəisi Vaqif Əsədov isə sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdiyini bildirib.

Modern.az sərxoş sürücülərin adları öyrənməyə çalışsa da, Vaqif Əsədov bu haqda məlumatı vermək istəməyib, qeyd edib ki, adları açıqlamaq etik baxımdan düzgün sayılmaz.

Ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov isə adların açıqlanmasında heç bir problem görmür.

Onun sözlərinə görə, məlumat azadlığı olduğundan hüquq pozuntuları ilə bağlı məlumatlar məxfi deyil: “Hüquq pozuntuları ilə bağlı məlumatlar yayımlana bilər. Lakin əgər sırf etik baxımdan bu məlumatlar ictimaiyyətə açıqlanmırsa, onları da başa düşmək olar. Bu fikri xoşlamasam da deyirəm ki, Azərbaycanda mentalitet anlayışı bəzən belə məlumatları yaymağa imkan vermir. Həmin qadınların da adları ona görə açıqlanmır ki, onun ailəsi, yaxınları nəzərə alınır. Lakin qanunvericilikdə onların adlarının açıqlanmaması üçün heç bir məhdudiyyət qoyulmur”.

Ərşad Hüseynov deyib ki, əgər bu hadisə ictimai məsuliyyət daşıyırsa, mətbuat da bununla maraqlanırsa, məlumat verilə bilər: “Şəxsi, ailə, kommersiya, bank sirri, dövlət sirri məxfidir və bu məlumatlar yayımlana bilməz. Yaxud məhkəmə prosesində istifadə olunacaq məlumatlar sonradan məhkəmə prosesində çətinlik yaratmaması üçün əvvəlcədən açıqlanmır. Amma sərxoş qadın sürücülərinin adlarının açıqlanmasında heç bir problem yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar