Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi sürücüyə əsəbləşib qan tökdü — Video

Sürücü maşından düşmədiyi üçün yol polisi maşını yumruqlamağa başlayıb


Ötən gün xalqxeber.az-a müraciət edən Şirvan şəhəri, 20 Yanvar küçəsi, 26 A, ev 39-da yaşayan Həsənov Anar İlham oğlu yol polisi əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı başına gələnləri danışıb. Bildirib ki, ona məxsus “Hundai Tucson” markalı 99 FE 028 dövlət nömrə nişanlı avtomobili ilə08.01.2016-cı il tarixdə axşam saatlarında Şirvandan Bakıya doğru hərəkət edərkən, DYP-nin Navahı postunun əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. 

Anar Həsənov  maşını Navahı kəndi ərazisində yolun kənarında saxlayıb. Vətəndaşın sözlərinə görə, o, idarə etdiyi avtomobildən düşməyərək DYP əməkdaşının onun maşınına tərəf yaxınlaşmasını gözləyib. Lakin DYPəməkdaşı sürücünün avtomobilindən düşmədiyini görərək, hirsli şəkildə ona yaxınlaşıb və “Sən bomba oğlansan ə? Niyə maşından düşmürsən” ifadələrini işlədib. Avtomobilin sürücüsü DYP əməkdaşından intizamlı olmasını və onunla mədəni qaydada danışmasını xahiş edib. 

DYP əməkdaşı isə ona “düş aşağı, maşının sənədlərini təqdim elə” deyib. Şirvan sakini DYP əməkdaşına avtomobilindən düşməyəcəyini və maşının yan şüşəsindən sənədlərini təqdim edəcəyini bildirəndə polis nəfəri ona yenə "Sən bomba oğlansan də guya” deyərək, maşının qapısını zorla açmağa çalışıb. Lakin maşının qapılarının bağlı olduğunu görəndə əsəbləşərək yan şüşəyə yumruq vurmağa başlayıb vəqışqıraraq bildirib ki, “maşından düş, gör, sənin başına nə oyun açıram”. Dəfələrlə avtomobilin yan şüçələrinə yumruq vuran DYP əməkdaşının əli qanamağa başlayıb. Gözü dönmüş DYP əməkdaşı əlinin qanını görən zaman nalayiq söyüşlər söyməyə başlayıb. 

Anar Həsənovun dediklərinə görə, DYPəməkdaşının onun avtomobilini əzəcəyindən ehtiyyat edib və özünün həyat təhlükəsizliyini təmin etmək məqsədilə ərazidən uzaqlaşıb və hadisənin baş verdiyi ünvanın 3-5 km-liyində yerləşən Navahı postuna yaxınlaşıb. Posta çatdığı zaman maşından düşərək ona köməkilik göstərilməsini DYPəməkdaşlarından xahiş edib. Anar Həsənovun bildirdiyinə görə, DYP əməkdaşı posta gələrək onu öldürəcəyi ilə hədələyib. Məsələyə DYP postunun rəhbərliyi qarışdıqdan sonra DYP əməkdaşı sakitləşib. 

DYP postuna Anar Həsənovun valideynləri gəldikdən sonra DYP rəsmisi oradan kənarlaşmağa qərar verib. Lakin DYP postunun rəhbərliyi Anar Həsənovun idarə etdiyi avtomobilin yan şüşəsində qan ləkələrini görərək yol polisi əməkdaşının özbaşınalığına görəondan üzr istəyiblər. Hətta avtomobilin sürücüsünə bildiriblər ki, bu barədə heç kimə məlumat verməsin. 

Lakin Anar Həsənov onlara bu haqsızlığın yerdəqalmayacağını və ölkə rəhbərliyinə müraciət edəcəyini bildirib. Anar Həsənov DYP əməkdaşının zorakılığına məruz qalan zaman böyük sarsıntı keçirdiyini və dəhşətli dərəcədə qorxduğunu qeyd edib. Hətta bildirib ki, DYP əməkdaşı posta olarkən ona deyib ki, hara şikayət etsən belə mənə heç kim nəsə edəbilməz.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar